"Çox danışmaq istəmirəm. Futbolda belə hadisələr olur. Bir komanda oynayır, digəri qalib gəlir”.

Musavat.com xəbər verir ki,bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə keçirilən oyundan (0:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

- Belə bir oyundansonra futbolçuları digər matçlarakökləmək sizin üçün çətin olmayacaq ki?

- İndi futbolçular dincəlməyə gedir. Daha sonra "Qarabağ” və "Qəbələ” avrokuboklarda çıxış edəcək. Komandam bu gün az səhvə yol verdi. Demək olar ki, 70 faiz top bizdə oldu. Bir neçə yüzfaizli qol imkanımız oldu. İstifadə edə bilmədik. Namiq Ələsgərova qarşı rəqib kobudluq etdi. Hakim bunu görmədi.

- Millimizin oyun sistemi "Qarabağ”a bənzəyirdi. Növbəti oyunlarda da belə olacaq?

- Mən bura gələndən bəri biz eyni sistemlə oynayırıq. Xüsusi bir dəyişiklik yoxdur.

- Bu gün 10 nəfər vuruşurdu, Kamran Ağayev vaxt "udurdu”. Bu fikirlə razısınız?

- Yadınızdadırsa, 70-ci dəqiqədən sonra bizim 2 qol şansızmız oldu.

- 63-cü dəqiqədə komandamız künc zərbəsi qazansa da, Bədavi, Rəşad kimi oyunçular arxada qaldılar. Sizin sürpriziniz bu idi?

- Onu deyə bilərəm ki, bu gün meydanda güclü Azərbaycan millisi var idi. Rəqib 10 nəfərlə müdafiə olunurdu. Belə komandaya qarşı oyunda 4 qol imkanı yaratdıq. Əgər bunların 2-ni qola çevirsəydik, Azərbaycanın ən yaxşı oyunu olardı. Norveçə qarşı belə oynaya bilmədik.

- Türkiyə mətbuatına inansaq, sabah "Bursaspor”la danışıqlara gedəcəksiniz.

- Daha öncə də demişdim. Bu suala cavab vermək istəmirəm.

- Bilmək istəyirik ki, dekabra qədər millimizdə qalacaqsınız?

- Getməyimi istəyirsinizsə, gedərəm.

- Stadiona 30 min azarkeş gəlmişdi. Onlara sözünüz varmı?

- Hər bir azarkeşin öz fikri var. Dəstəyə görə azarkeşlərimizə minnətdarlıq edirəm. Bu gün meydana çıxan futbolçularım canla-başla vuruşdular. Bacardıqlarını, əllərindən gələni etdilər. Bəli, futbolda nəticə çox vacibdir, amma alınmadı. Futbolçularım bu gün əllərindən gələni etdilər.

- Riçard Almeydanın oyunu haqda nə deyə bilərsiniz? Milliyə uyğunlaşa bilib?

- Almeyda artıq 6 ildir Azərbaycandadır. Oyunçuların əksəriyyətinə çempionatdan bələddir. Maksimi, Qaranı, Rəşadı, Bədavini, Namiqi, Əfranı tanıyır. Uyğunlaşma prosesində çətinliyi yoxdur. Deyə bilərəm ki, Riçardın simasında axtardığım futbolçunu tapmışam. Həm topla, həm də topsuz çox hərəkət edir. Məncə, o son illərdə Azərbaycanda çıxış edən ən yaxşı legionerlərdən biridir. Onun məşq prosesindəki işinə baxanda fikirləşirsən ki, cənubi amerikalı yox, avropalıdır. Bəzən məşqdəki canfəşanlığını görəndə onun braziliyalı olduğunu unuduram.

Məhəmməd Türkmən, musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300