İran şənbə günü yaydığı bəyanatda İraqın Kürdüstan muxtar regionun müstəqillik referendum keçirmək niyyətinə qarşı olduğunu bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qaseminin sözlərinə görə, İranın prinsipial mövqeyi İraqın ərazi bütövlüyünün dəstəklənməsidir: "Kürdüstan ərazisi İraq respublikasının bir parçasıdır. Həmin ərazinin ayrılması ilə bağlı birtərəfli qərar ölkənin konstitusiyasına ziddir və yalnız yeni problemlərə yol aça bilər”

İraqın kürd liderlərinin çərşənbə günü yaydıqları elanda bildilir ki, onlar 25 sentyabrda müstəqillik referendum keçimək niyyətindədirlər. Eyni zamanda, elanda deyilir ki, bu yalnız üç muxtar vilayətə yox, kürdlərin tarixən üstünlük təşkil etdiyi ərazilərə də şamil ediləcək.

İran öz ərazisində, xüsusilə də İraqla sərhəddə yaşayan kürdlərin separatizm təhlükəsindən narahatdır.

Bağdadda yerləşən federal hökümət Ərbildəli regional hökümətin niyyətinə qarşı çıxıb. Eyni mövqeni ərazisində böyük kürd azlığı olan Türkiyə də nümayiş etdirib.

Vaşinqton hadisələrin belə inkişafının İraq şimalındakı kürdlər, ərəblər və türkmənlər arasında gərginlik yaradacağından və bunun İŞİD-ə qarşı mübarizədə diqqətin yayınmasına səbəb olacağından narahatdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300