Sumqayıtda uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.

ARB 24 xəbər verir ki, son 3 gündə şəhərin Hacı Zeynalabdin Tağıyev, Novxanı kəndi, Saray və Ceyranbatan qəsəbəsində yaşayan 2-7 yaş aralığında olan 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstərirlər.


Əkbər İsmayılova (valideyn) : "Su içən yerdə əhvalı pis oldu. Qızdırması qalxdı, ürəyi bulandı. Sistem köçürdülər, evə apardım, sonra əhvalı pisləşdi gətirdim".


Altay Əsgərov (valideyn): "99 faiz uşaqlarda eyni xəstəlikdir. Qusma, qarıngetmə, yüksək hərarəti var. Hamısı sudandır, zəhərləniblər".


Uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə tibb ocağında müalicə olunur.


İqbal Mövsümov (zərərçəkən): "Uşaqlarla oynadım, sonra tərləyib su içdim. Sonra qaytardım, pis oldum".


Nəzrin Nəzərova (zərərçəkən) : "Su içdim, qaytardım. Sonra pis oldum, boğazım ağrıdı".


Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları da xəstəxanada olublar. Uşaqlardan analizlər götürülərək laboratoriyaya göndərilib. Kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300