Redaksiyamıza müraciət edən Ağcabədi rayon sakinləri bu gün saat 12 radələrindən rayon mərkəzində elektrik enerjisinin olmamasından şikayət edirlər. Narazı sakinlər  bildirir ki, ümumiyuyətlə, 27 dekabr 2015-ci il tarixindən etibarən onlar bu zülmü çəkirlər. Həmin gündən işıqlar fasilələrlə, gün ərzində 3-4 saatlıq verilir.

Sakinlər dia.az-a bildirir: "Bu gün rayon mərkəzində olan bütün idarələrin, obyektlərin işıqları kəsildiyindən həyat rəsmən iflic olub. Vəziyyət o həddə çatıb ki, poçt vasitəsilə yaxınından, Rusiyadan və digər yerlərdən pul almalı olan bir neçə rayon sakini yerli poçt idarəsində etiraza da qalxıblar. Onlar qanunauyğun olaraq poçt idarələrində xüsusi generatorların olmalı olduğunu bildirərək, poçtun fəaliyyət göstərməsini tələb etsələr də, yanacağın olmaması səbəbindən tələbləri yerinə yetirilməyib. Görünür, yanacağın pulunu əvvəldən yeyiblər".

Sakinlər daha sonra dia.az-a bildirirlər ki, yalnız Ağcabədi rayon icra hakmiyyətinin binasının və başçının evinin işıqları yanır: "Belə ədalətsizlik olar? Camaatı nə yerinə qoyublar? Ağcabədidə başçıdan başqa adam yoxdur?"

Sakinlər onu da əlavə ediblər ki, bununla bağlı etiraza da hazırlaşırlar.

Qarşı tərəfi də dinləməyə hazırıq... 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300