Hazırda bazarda satılan ətin qiyməti 0,50-1 manat arasında artıb. 

Musavat.com-xəbər verir ki, dünən bazarda 6.50 manata olan mal əti bu gün 7-7.20 manatdır. Sabunçu bazarında, şəhərin bir çox ət kəsimi aparılan mağazalarında ətin qiyməti minimum 7 manatdan təklif olunur. Bakıda hazırda mal ətinin qiyməti 7-8.50 manat arasında dəyişir.

Satıcılar bunun səbəbini son günlər ölkədə baş verən bahalaşma ilə əlaqələndirir. "Hər kəs görür ki, bütün malların qiyməti bahalaşıb. Ərzaq, meyvə və tərəvəz mallarının qiyməti artıq bir neçə gündür ki, bahalaşıb. Bu bahalaşma da gözlənilən idi. Bir müddət qiyməti qaldırmamaq üçün çalışdıq. Ancaq təəssüflər olsun ki, biz buna məcbur olduq. Xırda və iri buynuzlu heyvanları aldığımız kəndilər də qiyməti qaldırır. Deyirlər ki, hər şey bahalaşıb. Biz də məcbur heyvanı baha satırıq. Rayonlarda yemin də qiymətini qaldırıblar. Bu da ətin qiymətinin bahalaşmasına səbəb oldu”- deyə satıcılar bildirir.

Satıcılar bahalaşmanın davam edəcəyi təqdirdə ətin qiymətinin də yenidən bahalaşacağını istisna etmirlər. 

Böyük marketlərdə də ətin qiymətində artım müşahidə olunur. "Rahat” marketdə dana ətinin 1 kiloqramı 7.20 manatdır. Sümüksüz dana əti isə 10,50 manatdır. 

Qoyun ətinin qiyməti isə 9-11 manat arasında dəyişir. Bazarlarda qoyun ətinin qiyməti ən ucuz halda 9 manatdır. 

Xatırladaq ki, 2015-ci il, dekabrın 21-də baş verən devalvasiyadan sonra ətin qiymətinin də qalxması haqda məlumatlar yayılmışdı. Bir çox mağazalarda ətin bahalaşması müşahidə olunmuşdu. Lakin İqtisadiyyat və Sənaye Nazirliyi bazarlarda reydlər apardığını və qiymət artımına nəzarət etdiyini bildirmişdi.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda satış məntəqələrində mal ətinin 1 kiloqramının istehlakçılara 6,50 - 8 manat arasında təklif edildiyini. Qoyun ətinin 1 kiloqramının isə 8-10 manata satıldığını açıqlamışdı.

Artıq qurumun açıqladığı qiymətlərlə bazardakı qiymətlər arasında 0.50-1 manat arasında dəyişiklik var.
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300