Yaponya parlamenti imperator Akihitonun taxtdan çəkilməsi ilə bağlı qanun qəbul edib. Son 200 ildə ilk dəfədir ki, belə bir qanun qəbul edilir.

83 yaşlı imperator keçən il bildirmişdi ki, yaşı və səhhəti artıq vəzifələrini yerinə yetirməyə çətinlik törədir. Lakin taxtdan çəkilməsi üçün qanunvericilikdə hər hansı nizamlanma yox idi.

İmperator Akihito ağır ürək əməliyyatı keçirib və prostat vəzi xərçəngindən müalicə alıb. O, atası Hirihitonun ölümündən sonra 1989-cu ildən taxtdadır.

Yaponyada imperatorun hər hansı bir siyasi bəyanatlar vermək səlahiyyəti yoxdur. Buna görə də o, özü taxtdan çəkildiyini elan edə bilməzdi. Qəbul edilən yeni qanuna görə, onun yerinə 57 yaşlı oğlu Naruhito keçəcək. Lakin nə onun, nə də sələflərinin taxtdan öz qərarı ilə çəkilməsinə qanunla icazə verilmir.

Bundan sonra hökumət onun taxtdan çəkilməsi prosesini planlaşdıracaq. Tarix dəqiqləşdirilməsə də, 2018-ci ilin sonlarına doğru imperatorun rəsmi olaraq taxtdan çəkiləcəyi və onun yerinə şahzadə Naruhitonun taxta çıxacağı bildirilir. Gözlənilən odur ki, mərasim 2018-ci il dekabr ayında baş tutacaq.(BBC)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300