Avstraliyalı genetiklər allergiyanın gen terapiyası vasitəsilə müalicəsini təklif edir. Trend-in məlumatına görə, bu yolla immun hüceyrələrinin "yaddaşı" təmizlənmiş olacaq.

Bir çox bioloqun fikrincə, allergiyaların yaranma səbəbi insanın həddən çox təmiz şərtlərdə yaşamasıdır. Uşaqlıqda immun sistemi əsl mikrobları toz və bu kimi zərərsiz hissəciklərdən ayırmaq üçün kifayət qədər informasiya əldə etmir. Məhz bu amil gələcəkdə müxtəlif allergiyaların formalaşmasına səbəb olur.

Mütəxəssislərin həyata keçirdiyi təcrübələr nəticəsində məlum olub ki, DNT-yə müdaxilə etdikdən sonra allergik xüsusiyyətlər dəyişə bilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 30 faizdən çoxu müxtəlif allergiyalardan əziyyət çəkir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300