"ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiqdir”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Reks Tillersonun Azərbaycanın 28 May-Respublika Günü münasibəti ilə təbrik bəyanatında bildirilir.

Bəyanatda deyilir: "Mən, Amerika xalqı adından Respublika Gününün ildönümü münasibətilə Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Amerika Birləşmiş Ştatları və Azərbaycan güclü tərəfdaşdırlar, uzun illərdir ki, enerji və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edir, eləcə də demokratik prinsiplər əsasında dialoq qururlar. Ramazan ayının başlanması, həmçinin müsəlman şərqində ilk parlamentli respublikanın qurulmasından 99 il ötməsi münasibətilə zəngin tarixi olan Azərbaycanı təbrik edirəm.

Amerika Birləşmiş Ştatları Azərbaycanın öz xalqının fundamental azadlıqlarına hörmətlə yanaşan təhlükəsiz və firavan dövlət yaratmaq səylərini dəstəkləyir.

Biz həmçinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiqik.

ABŞ gələcəkdə də Azərbaycanla bütün sahələrdə daha sıx əməkdaşlıq qurmaq niyyətindədir”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300