30-dan artıq əsasən birinci qrup əlil iyunun 6-sı Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə etiraz aksiyası keçirib.Aksiya iştirakçıları pensiyaların artırılmasını, kommunal xərclərdən azad edilmələri və müalicələrinin gücləndirilməsini tələb ediblər.

Nazirliyin məsul şəxsləri aksiya iştirakçılarının önünə çıxıblar. Onlar müraciətin yazılı şəkildə verilməsini istəyiblər. Ancaq aksiya iştirakçıları nazirlə görüşmək istədiklərini bildiriblər. Məsul şəxslər isə nazir Səlim Müslümovun ezamiyyətdə olduğun bildiriblər. «Gələn həftə gəlin, 5-6 nəfər olun. Ya nazir, ya da nazir müavini sizi qəbul etsin»,-deyə onlar bildiriblər (azadliq.org).

Ancaq əlillər vurğulayıblar ki, tələblərini mart ayında da görüşüb çatdırıblar. Ancaq hər hansı yenilik yoxdur. Nazirliyin rəsmiləri isə bildiriblər ki, bu məsələ qısa müddətə həll edilə bilməz. «Məsələni siyasiləşdirmək lazım deyil», – deyə onlar əlillərə irad tutublar.

Nəhayət tərəflər razılığa gəliblər ki, gələn həftənin ikinci günü əlillərin kiçik bir qrupu nazirliyə gəlib bu məsələni müzakirə etsinlər.


 

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300