Yeni ilin ilk günlərindən paytaxt ərazisində fəaliyyət göstərən müxtəlif priton və əxlaqsızlıq yuvalarının aşkarlanması ilə bağlı daxil olan ilk məlumatlar, yenə də birinci olaraq məhz Xətai rayonundan gəlmiş oldu. 

Demək olar ki, bu mövzuda hazırladığımız mayerialların az qala hər birində biz belə bir faktı təkrar-təkrar qeyd etmək məcburiyyətində qalırıq ki, bu gün paytaxt Bakının müxtəlif əxlaqsızlıq yuvalarının çoxluğu ilə diqqəti cəlb edən ərazilərindən biri də məhz Xətai rayonudur. Lakin bizim bütün cəhdlərimizə baxmayaraq, nə Xətai rayon Prokurorluğunun, nə də Rayon Polis İdarəsinin rəhbərliyinin diqqətini bu son dərəcə ciddi problemə yönəltmək mümkün olmur ki, olmur.
 
Bu günlərdə redaksiyamıza daxil olmuş növbəti məlumatda da, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin nəzarət etdiyi ərazidə yerləşən daha bir pritonun fəaliyyətindən bəhs olunur. Açıqlamada bildirilir ki, Xətai rayonu, Əzizağa Kərimov küçəsində, yaşayış massivinin bilavasitə içərisində yerləşən "Lion” restoranı da əslində məhz əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyektlərdən biridir. Qeyd edək ki, daxil olan açıqlamalarda bu obyektin artıq 10 ildən artıq müddət ərzində fəaliyyət göstərdiyinin vurğulanması da, az öncə Xətai rayonunun hüquq-mühafizə orqanları tərəfindən problemə münasibətdə sərgilənən yolverilməz liberallığa bir daha dəlalət edir. Aldığımız məlumatda deyilir: "Günün və gecənin istənilən saatında "Lion” restoranında 15-20 nəfər qadın olur ki, bunlar da müştərilərə intim xidmətlər təklif edirlər. Bu rüsvayçılığın müqabilində müştəridən 40-50 manat pul alınır ki, bunun da yarısı həmin qadına, yarısı isə, bu pritonun sahiblərinə, Bəxtiyar və Şəfiqə adlı şəxslərə çatır. Bu məqsədlər üçün içəridə xüsusi ayrılmış kabinetlər də var.
 
Dərd burasıdır ki, burada yaşana rəzalətə yeni-yeni cavanları da cəlb etmək üçün, restoranda məxsusi olaraq diskoteka da təşkil olunur. Təbii ki, biz sakinlər dəfələrlə bu başverənlərə son qoyulması tələbi ilə həm obyektin sahiblərinə, həm də polis orqanlarına müraciət etmişik. Amma bizi nə eşidən, nə də sayan yoxdur. Obyekt sahibləri isə, həyasızcasına bizə işləməyə "icazələri” olduğunu da bəyan edirlər. Görəsən bu icazəni onlara kim verir? Bəs rayon polisi və prokurorluq bu rüsvayçılığa niyə son qoymurlar? Hər gün bu pritonda bir hadisə baş verir, bir dava düşür. İki ay bundan əvvəl isə, bu əxlaqsızlıq yuvasında hətta ölüm hadisəsi də baş vermişdi. Bu hadisəyə görə iki nəfər həbs olunsa da, belə cinayətlərin baş verməsinə şərait yaradan əsas səbəbkarlar, Bəxtiyar və Şəfiqə nədənsə, hələ də azadlıqda gəzirlər...” Qəzetimizin ötən saylarında da biz dəfələrlə bu mövzuya müraciət edərək şəhər və bölgələrimizdə fəaliyyət göstərən, sözün əsil mənasında cəmiyyətimizin mənəvi və fiziki zədələnmələrinə xidmət edən bu "çirkab quyularını” və onların mövcudluğuna şərait yaradan himayədarlarını ifşa etməyə çalışmışıq. Lakin təəssüflər olsun ki, bir çox hallarda, dərc etdiyimiz müraciətdə də vurğulandığı kimi, müvafiq hüquq-mühafizə orqanları problemə qətiyyən reaksiya vermirlər. Belə olan halda isə, priton sahibləri də öz çirkin fəaliyyətlərini daha da genişləndirməyə və yeni rəzalət yuvaları açmağa daha da həvəslənirlər.
 
İndi söz yenə də 37-ci Polis Bölməsinin, Xətai RPİ-nin və Xətai rayon Prokurorluğunundur. Əgər bu qurumlar həqiqətən də rayonda fəaliyyət göstərən priton və əxlaqsızlıq yuvalarının ləğv olunmasında çətinlik çəkirlərsə, bu zaman yəqin ki, məsələyə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin diqqətini cəlb etməyə həqiqətən də ehtiyac vardır.(xalqxeber.az)
 
 
ULUYOL.İNFO
 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300