Bu gün Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin rəsm sərgisinin açılışı olub.

Musavat.com bildirir ki, Vəcihə Səmədova adına rəsm salonunda təşkil edilən sərgidə millət vəkilləri, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Rəssamlar İttifaqının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, ziyalılar iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan tanınmış rəssam, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov həmkarı Rais Rəsulzadənin Azərbaycanda sulu boyanı yaşadan peşəkar rəssamlardan biri olduğunu qeyd edib:

"Rais Rəsulzadə rəssamlıqdan başqa çox təvazökar və mədəni insandır. Mən onu 1960-cı illərdən, lap gənc yaşlarımdan tanıyıram. Biz bir yerdə təhsil almışıq. Həmin gündən bu günə qədər müqəddəsliyi, insanlığı, mərdliyi özündə yaşadır. Eyni zamanda olduqca maraqlı rəssamdır. Onun nəinki Bakıda, bu yaxınlarda Türkiyədə də fərdi sərgisi açıldı. Mən qeyd etmək istəyirəm ki, bir rəssam kimi Rais Rəsulzadənin yaratdığı əsərlər müxtəlifdir: böyük həcmli, müxtəlif fiqurlu, kompozisiyalardan, çoxlu mənzərələrdən ibarətdir.

e345715f-1f79-4494-95db-834bfb4810b6.jpg (108 KB)

Biz burada Azərbaycanın gözəl guşələrini, rəsmlərini görürük. İlk rəsmlərindən bu günə qədər biz gördük ki, bu sənətkar həmişə axtarışdadır. Çünki əsərlər bir-birinə nə formaca, nə rənglərinə görə bənzəmir. Rais Rəsulzadənin sulu boylardan ibarət rəsm sərgisi açılanda mən çox sevindim ki, Azərbaycanda sulu boyanı yaşadan peşəkar rəssamımız var”.


Deputat Rafael Hüseynov da çıxış edərək rəssamın yaradıcılıq xüsusiyyətlərindən söz açıb:

4720811f-d9f7-45ab-8c2f-0c283b066ff6.jpg (108 KB)

"Bu gün Azərbaycan mədəniyyətinin bayramı sayılacaq bir gündür. Çünki müasir Azərbaycan boyasının istedadlı nümayəndələrindən biri Rais Rəsulzadənin fərdi rəsm sərgisinin açıldığı gündür. Bir rəssam üçün fərdi sərgisinin açılması həmişə bioqrafiyasının parlaq hadisəsidir.

Həmçinin həmin sənətkarın mənsub olduğu xalqın sənət sahəsində dəyərli bir hadisədir. Bu sərginin gedişində izlədikcə müxtəlif qəhrəmanlarını görürük. Bunlar ayrı-ayrı illərdə Rais Rəsulzadənin fırçaya aldığı rəsmlər, müxtəlif qəhrəmanlardır. Rais Rəsulzadənin bütün yaradıcılığını göz önünə alanda görürük ki, onun yaradıcılığının hamısının qəhrəmanı Azərbaycan, onun təbiəti, ruhu, varlığıdır.


Qeyd edim ki, bir həftə öncə Azərbaycan Xalqı Cumhuriyyətnin 99 illiyi qeyd edilidi. Artıq biz 8-ci gündür ki, Azərbaycan cumhuriyyətinin varlığının 100 illiyini yaşayırıq. Və bu sərginin əvvəlində Məhəmməd Əmin Rəsulzadənin portreti dayanıb. O portret burda olmasaydı belə Rais Rəsulzadənin hər rəsminin ardından o surət boylanır. 20-ci yüzildə Azərbaycan peşəkar rəssamlığı, heykəltəraşlığı qələbə qazandı. Bir çox sahələrdə - ədəbiyyatda, mədəniyyətdə, incəsənətdə böyük zirvələri fəth etdi. Dönüb arxadakı tarixə baxanda görürük ki, çox böyük rəssamlarımız var. O rəssamlar sırasında təbii ki, Rais Rəsulzadənin də çox ucada olan yeri var. Lakin onun başqa rəssamlardan fərqləndirən cəhət odur ki, o, Rəsulzadədir”.


Deputat Fazil Mustafa isə qeyd etdi ki, Rais Rəsulzadə heç vaxt imtiyazından istifadə etməyib. O öz xarakteri ilə Azərbaycan cəmiyyətində özünəməxsus yerini, mövqeyini qazanıb:

c1598d71-ff84-4b8b-87a6-495b5382d367.jpg (126 KB)

"Sərgiyə bu gün bu qədər çoxlu sayda insanların toplanması onu göstərir ki, sənətə, şəxsiyyətə dəyər vermə istəyi, ruhu hələ də yaşayır və bundan sonra da yaşayacaq. Bu gün istər-istəməz Rais Rəsulzadə barədə danışanda Rəsulzadə soyadını dəfələrlə tələffüz etməyə məhkumuq.

Həm də nə yaxşı ki, buna məhkumuq. Biz şükür etməliyik ki, yalnız Rəsulzadənin qaldırdığı bayrağı, ideya deyil, həm də onun varisi yaşadılır. Elə bir şərəfli varis yaşadıldı ki, o heç vaxt imtiyazdan, nüfuzdan qətiyyən istifadə etmədən öz şəxsiyyəti, xarakteri ilə Azərbaycan cəmiyyətində özünəməxsus yerini, mövqeyini qazandı.

Burada qeyd olundu ki, bu adın arxasında ancaq məhrumiyyətlər, çilələr, əzablar var. Soruşulur ki, "niyə Rəsulzadə yalnız mənzərə rəsmləri ilə məşğul olur?” İnsanla danışmağa, ünsiyyət qurmağa imkan tanımayan, ağır sürgün həyatında, məşəqqətli ömür yolunda seçdiyi yolu məhz təbiətlə, mənzərə ilə uyğun gördü, onunla ünsiyyət qurmağı bacardı. Bu gün də sevindirici haldır ki, Rais bəy məhz Rəsulzadənin kübarlığını, alicənablığını, mədəniyyətini yaşadır, təkcə bioloji varlığını, varisliyini deyil. İnanıram ki, Rais Rəsulzadə bundan sonra da öz duruşu, sənəti, alicənablığı, təvazökarlığı ilə Azərbaycanda bir ziyalı etalonu kimi həmişə mövqeyini, öz simasını qoruyub saxlayacaq”.


Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qabil Abbasov qeyd edib ki, nazirliyin sərəncamı ilə sərginin xüsusi kataloqu təşkil olunub:


"Kataloqun təşkili ilə bağlı rəssam bizə müraciət edəndə biz onun fikir və rəylərini nəzərə almışıq. Belə bir sərginin təşkil olunması həqiqətən də ictimaiyyət tərəfindən arzuolunan idi. Rais Rəsulzadənin yaradıcılığı Azərbaycan incəsənətində xüsusi yerə malikdir. Həm onun mənsub olduğu, daşıdığı soyadına görə, həm də özünün yaradıcılığına görə. Mən bu gün nazir Əbülfəs Qarayevin salamlarını və təbrikini ona çatdırıram”.

360a8b4f-fe34-4b89-ae2c-309eb52b0db4.jpg (142 KB)

Rəssamlar İttifaqının məsul katibi, əməkdar incəsənət xadimi Rafiq Kərimova da sərgi münasibəti ilə rəssamı təbrik edib, ona uğurlar arzulayıb.


Tarixçi Nəsiman Yaqublu isə bir ay budan əvvəl Türkiyədə Rais Rəsulzadənin çox gözəl rəsm sərgisininin açılışı olduğunu xatırlatdı:

18bcf829-a211-46d7-91ca-b2b004c490b7.jpg (115 KB)

"Türkiyədə olan dostlarımız, insanlar Rəis bəyin çəkdiyi rəsm əsərlərinə çox böyük maraqla baxırdılar. Türkiyənin dövlət adamları səviyyəsində həmin sərgi çox yüksək səviyyədə keçirildi və ölkənin ən aparıcı informasiya agentlikləri, qəzetləri, saytları həmin sərgi haqqında Türkiyə ictimaiyyətinə geniş məlumat verdilər.

Rəis bəy həqiqətən də, böyük sənətkar, rəssamdır. Amma mən bu nəslin irsinin araşdırmaçısı kimi deyə bilərəm ki, Rəis bəyə bu sənətkarlıq onun nəslindən keçib. Bir dəfə bizim Türkiyədə yaşayan dostumuz Əhməd Qaraca dedi ki, " sizin xəbəriniz varmı ki, Rəsulzadənin atası axund Quranı öz əl ilə köçürmüş və ona çox gözəl nəqqaşlıq nümunələri vurub, bəzəyib, daha sonra onu Sultan Həmidə göndərmişdi. Sultan Həmid həmin Quranı o qədər xoşlayıb ki, onu ev muzeyində saxladıb və hazırda həmin Quran kitabı Diyarbəkirdə muzeydə saxlanılmaqdadır. Rais Rəsulzadənin bu günə qədər çəkdiyi rəsm əsərlərinin sayı 800-ə qədərdir”.


Sonda rəssam Rais Rəsulzadə çıxış edərək tədbir iştirakçıların öz təşəkkürünü bildirib:


"Əlbəttə ki, bir sərginin ərsəyə gəlməsi asan məsələ deyil. Bu işdə xidməti olan şəxslərə, o cümlədən deputat Rafael Hüseynova, Rəssamlar İttifaqının rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm”.


Daha sonra rəsm sərgisi açıq elan olunub, qonaqlar rəssamın əsərləri ilə tanış olublar.

Xalidə Gəray, musavat.com

Fotolar müəllifindir

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300