Türkiyənin məşhur müğənnisi Dəniz Zeki bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Musavat.com "Hürriyet” qəzetinə istinadən xəbər verir ki, narkotik alveri üstündə 3 ilə yaxındır, məhkum həyatı yaşayan Deniz Sekini Bakırköy Qapalı cəzaçəkmə müəssisəsinin qapısının önündə jurnalist və fanat ordusu qarşılayıb.

Deniz Zekiyə çıxışda ağ göyərçinlər verilib və müğənni göz yaşları içində həmin göyərçinləri sərbəst buraxıb. Sekinin ilk sözləri "Sizlərdən ötrü çox darıxdım, olduqca çətin bir yolçuluqdu”, olub. Müğənni iki gün sonra mətbuat konfransı keçirəcəyini də jurnalistlərin diqqətinə çatdırıb.

Qeyd olunur ki, Sekini qarşılamağa gələnlərin arasında nişanlısı Faruk Salman və qardaşı Serkan Seki də olub. Deniz Sekinin həbs həyatının bitməsi münasibəti ilə sənət və şou-biznes dünyasından sosial şəbəkələr vasitəsilə təbrik məktubları gəlib.

Xatırladaq ki, Deniz Seki 2009-cu ildə jandarmın həyata keçirdiyi narkotik əməliyyatında həbs edilmişdi. Bir müddət sonra məhkəmə Sekini şərti cəza ilə sərbəst buraxsa da, sonradan onun yenidən cəzaçəkmə müəssisəsinə götürülməsi barədə hökm verilib.

Lakin məhkəmənin çağrışına cavab verməyən müğənni 2014-cü ilin noyabrın 15-də İstanbulun Esenyurt bölgəsində gizləndiyi evdə yaxalanaraq Bakırköy qapalı cəzaçəkmə müəssisəsinə göndərilmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300