Şimali İrlandiya millisinin hücumçusu Kayl Lafferti karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, bu iddia ilə "Belfast Teleqraf” nəşri çıxış edib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da millimizlə qarşılaşacaq britaniyalıların oyunçusu hazırda azad agent statusundadı. Nəşrin xəbərinə görə, bu amil Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməyi qarşısına məqsəd qoyan ağdamlıları həvəsləndirən əsas nüanslardan biridir.

Xəbərdə Azərbaycan çempionunun Laffertini milli matçda xüsusi izləyəcəyi və buna görə qərar verəcəyi qeyd edilib.

Bir müddət əvvəl oyunçuya Azərbaycan və Qazaxıstandan təklif olduğu deyilsə də, konkret klubun adı açıqlanmamışdı.

Qeyd edək ki, karyerası ərzində "Qlazqo Reyncers”, "Sion”, "Palermo”, "Norviç” kimi klublarda çıxış etmiş 29 yaşlı hücumçu son iki mövsümü uyğun olaraq icarə əsasında "Çaykur Rizəspor” və "Birmingem”də keçirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300