Yaxın 5 ildə neftin bir barrelinin qiyməti 50-60 dollar arasında dəyişəcək.

Trend-in məlumatına görə, bu barədə BP-nin rəhbəri Robert Dadli deyib.

O, bildirib: "Əlbəttə qısa dövrlər üçün qiymət bir qədər yuxarı və ya aşağı ola bilər, amma siz məndən tələb və təklif barədə soruşsanız, mən deyərdim ki, 50-60 dollar. Düşünmürəm ki, yaxın 5 ildə neftin barreli 100 dollara olacaq, amma 20 dollara da düşməyəcək".

O, hesab edir ki, qiymətin 50-60 dollar olması istehlakçı ölkələr üçün olduğu kimi, istehsalçı ölkələr üçün də yaxşıdır.

Onun sözlərinə görə, BP də OPEC razılaşmasına qoşulan ölkələrdə neft hasilatını azaltmalı olub: "Təbii ki, bir qədər azalıb. Məsələn, biz istehsalı azaldan "Rosnefti"nin səhmdarıyıq. Eləcə də Azərbaycanda, Yaxın Şərq ölkələrində, məsələn, Birləşmiş Ərəb Əmirliklərində istehsalı azaldırıq. Ehtimal edilir ki, İraqda da aşağı salaq. Əlbəttə bu bizə təsir edir. Amma ixtisar çox deyil. Bundan başqa neftin qiyməti razılaşmayadək olduğundan yüksəkdir. Bu da hasilatın aşağı salınmasını kompensasiya edir".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300