Jurnalist Qadınlar Assosiasiyası və Fransızdilli "Le Carrefour" (Yol qovşağı) qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuş və amansızcasına qətlə yetirilmiş Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar olaraq onun Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət olundu.

 

 

Şəhid jurnalisitin ruhu bir dəqiqəlik sükutla yad olundu, ruhuna dualar oxundu, məzarı önünə gül qoyuldu.

Anım mərasimində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova Fransızdilli "Le Carrefour” qəzeti ilə birgə həyata keçirilən bu ideyanın məqsədinin Azərbaycanın qəhrəman jurnalisti, şəhid Salatın Əsgərovanın bu günkü nəslə tanıdılması olduğunu dedi. O, bildirdi ki, orta nəsil jurnalistlər Salatın Əsgərovanı tanıyır və onun haqqında məlumata sahibdirlər. Müasir gənclərə, xüsusən gənc jurnalistlərə Salatın Əsgərova kimi vətənpərvər jurnalistlərin tanıdılması çox vacib işdir və bu, mühüm bir addım kimi qiymətləndirilə bilər.

Fransızdilli "Le Carrefour" (Yol qovşağı) qəzetinin təsisçisi və baş redaktoru Zeynab Kazımova bildirdi ki, "Молодежь Азербайджана" qəzetinin müxbiri olan Salatın Əsgərova Qarabağ müharibəsi dövründə cəbhə bölgəsinə səfərlər edərək, operativ və obyektiv xəbər və reportajlar hazırlayaraq həmin dövrdə Azərbaycan həqiqətlərinin yayılması, Qarabağ müharibəsi haqqında həqiqətin üzə çıxması, obyektiv məlumatların yayılmasına çalışırdı. Hazırda ölkəmizin təbliğatı naminə Azərbaycanın müxtəlif xarici dillərdə bilən jurnalistlərə ehtiyacı olduğu qədər həmin dövrdə də, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında məhz Salatın Əsgərova kimi rus dilini bilən, qəhrəman və vətənpərvər jurnalistlərə ehtiyac vardı. Salatın Əsgərova öz həyatını jurnalist peşəsinə qurban verdi.

 

 

Həmin dövrdə Azərbaycanda cəbhədən yazan jurnalistlərin fəaliyyətindən söz açan, "Salatın Əsgərova mukafatı”na layiq görülmüş jurnalist Əntiqə Qonaqova ilk dəfə bu mukafatın məhz ona təqdim olunduğunu xatırladaraq, hər zaman bununla fəxr hissi keçirdiyini bildirdii. Azərtac-ın əməkdaşı, jurnalist Zərəngiz Mansurova öz çıxışında Salatın Əsgərovanın Vətənini sevən, mərd və cəsur Azərbaycan qadını olduğunu bildirdi. O, müəllifi olduğu və şəhidlərə həsr etdiyi şeri səsləndirdi. "Xalq qəzeti”nin əməkdaşı Zərifə Rəşidqızı tədbirin təşkilatçılarına təşəkkür edərək, Salatın Əsgərova kimi vətənpərvər jurnalistlərin tanıdılmasının vacibliyini dedi. Digər çıxışçılar da tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər və bu kimi tədbirlərin davamlı olmasına ümid etdiklərini bildirdilər. Xatırladaq ki, tədbirdə ictimai fəal jurnalist qadınlar, QHT və KİV nümayəndələri iştirak edirdilər.

 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300