Böyük Britaniyada London teraktında ölənlərin xatirəsi üçün iyun ayının 6-da bir dəqiqəlik sükut elan olunacaq.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidmətindən məlumat veriblər.
Xəbərdə bildirilir ki, iyunun 6-da yerli vaxtla 11.00-da həlak olanların xatirəsi üçün bir dəqiqəlik sükut elan ediləcək. Hökumət binaları üzərindən dövlət bayraqları endiriləcək.