Hollandiya hökuməti məhbus çatışmazlığına görə 2017-ci il avqust ayının sonuna qədər daha beş həbsxananı bağlamağa qərar verib. Bu səbəbdən 2013-cü ildə 13 həbsxana bağlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "İndependent"-də yer alıb.
Həbsxanaların bağlanması 2000 yer xidmət personalının ixtisarına səbəb olacaq. Bununla yanaşı cəmi 700 əməkdaş başqa yerdə işlə təmin olunacaq. Həbsxanaların bağlanmasına səbəb ölkədə kriminal səviyyənin aşağı dərəcədə olmasıdır.