Son zamanlar gənclərin milli ruhda tərbiyələndirilməsi, milli təbliğatın mədəni yolla inkişaf etdirilməsi sahəsində dövlətimizə əvəzsiz xidmət edən, bu müqəddəs işlə tamamən təmənnasız məşğul olaraq milli-vətənpərvər mövzuda üç film ("BOZQURDUN İNTİQAMI", DİRİLİŞ ERGENEKON", "VƏTƏN BAYRAQDIR, BAYRAQ NAMUSDUR!") çəkmiş gənc istedadlı Yazar və Rejissor Elşən İsmayılın özü qədər gənc istedadlı komandasının qonağı olduq.Yaradıcı heyətlə elə çəkiliş meydançasında tanış olduq. Film barəsindəki suallarımızı isə filmin ideya müəllifi, ssenaristi, quruluşçu rejissoru və prodüseri Elşən İsmayıl özü cavablandıraraq qısaca bildirdi ki: "Bu film öncəkilər kimi orijinal süjet və mövzuya malik olsa da, texniki keyfiyyət və hadisələrin daha realist təsviri baxımından əvvəlki filmləri (öz filmlərin nəzərdə tutur) kölgədə qoyacaq... Mövzu, 2016 "Aprel döyüşləri" və ondan sonrakı siyasi-ictimai proseslərə aiddir. Filmdə ssenaristin uydurduğu bədii süjet xətti əsas olsa da, filmin başlanğıc və son səhnələrində, eləcə də obrazlar arası qurulan dialoqların mətnində cəmiyyətimizi düşündürəcək ciddi milli-təbliğati və ümumsiyasi mesajlar vardır... Film, dövlətçiliyimizə, güc strukturlarımıza, şanlı ordumuza və müqəddəs şəhidlərimizə həsr olunub...

Bununla belə qeyd edək ki, filmdə eyni zamanda gənc və yaşlı sənət adamları, milli vətənpərvər ruhlu insanlar iştirak edir. Onlardan əsas olaraq "AZƏR" rolunda Azər Şirinovu, "AVON" rolunda Azər Carleone-ni, "NEKRASOV" rolunda İlham Axundu və s. misal göstərmək olar... Digər rolları isə qısametrajlı festival filmlərinin görkəmli nümayəndəsi Ənvər Məmmədov, aktyor Elçin Həsənli, gənc istedadlı sənətsevərlər (aktyorlar) Elmin Babayev, Kənan Məmmədov, Rəvan Səmədzadə, Şəmil Səfərəliyev, Cavid İbrahimov, Nail Əlioğlu, Fərman Cəfərov, Ziyad Vəliyev, Sahəddin Məmmədli, aktrisalarımız Təhminə Babayeva, Aybəniz Quliyeva və başqaları canlandırırlar.

Hazırda filmin qızğın çəkiliş prosesi gedir. Çəkilişlər bitənə qədər ardıcıl olaraq sizləri yaradıcı heyətlə (müsahibələr əsasında) daha yaxından tanış edəcəyik. Əsən qalın!

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300