Bu gün kitabevim.az da yazıçı Həmid Herisçinin "Hekayələr" kitabının imza mərasimi baş tutub. Musavat.com xəbər verir ki, tədbirdə yazarın oxucuları, tanınmış ziyalılar və dostları iştirak edirdilər. Çıxış zamanı Herisçini təbrik edənlər arasında rejissor Ramiz Mirzoyev, tənqidçi Əsəd Cahangir, "Yeni Müsavat" qəzetinin redaktoru Azer Ayxan, yazıçı Aysel Əlizadə, Ümid partiyasının sədr müavini Tamilla Qulami, telejurnalist Afaq Vasif qızı, televiziya mütəxəssisi, professor Qulu Məhərrəmli, yazar İkinci Mahmud, Herisçinin həyat yoldaşı, tanınmış telejurnalist İlhamiyyə Rzayeva, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, şair Mail Yaqub və başqaları var idi.

Qulu Məhərrəmli çıxışında Herisçinin Azərbaycanın postmodernist yazıçısı kimi dünya yazıçıları ilə eyni ranqda olduğunu vurğuladı. Aysel Əlizadə bütün tərəfləri ilə - teleaparıcı, şair, publisist, nasir kimi Həmid Herisçinin novator olduğundan danışdı: "O, cəmiyyətini adlamış adamdı. Biz hər şeyi adı ilə çağırmağı öyrənməliyik və insanlara layiq olduqlarını deməkdən çəkinməli deyilik. Həmid Herisçi bütün tərəfləri ilə yaradıcılıq adasıdı. Və həqiqi qiymətini yüz il, iki yüz il bəlkə min il sonra alacaq ustad sənətkardı".

Azər Ayxan Həmid Herisçi ilə "Yeni Müsavatda"kı əməkdaşlıqlarından söz açdı: "Həmid bəylə işləmək həm çətin, həm asandı. Asandı çünki xırdaçı, intriqabaz deyil və istənilən vəziyyətdə kompromisə getməyi bacarır. Çətin tərəfinə gəldikdə, o, çox fərqlidi, yazılarına qarşı hədsiz məsuliyyətlidi və redaktordan da bunu gözləyir".

Tamilla Qulami isə Herisçi ilə bağlı xatirə paylaşdı: "O, yazıçı olmağı ilə yanaşı, həm də uşaqların dostudu. Yazılarındakı sehri uşaqlarla ünsiyyətdə onlara ötürür, əsl sehrbaz kimi görünür və uşaqlar ona inanırlar. Həmid bəy bütün bacarıqları ilə yanaşı həm də çox yaxşı atadı".

Çıxışlardan sonra müəllif kitabları imzaladı. Qonaqlarla xatirə şəkilləri çəkdirdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300