1 iyun – "Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə New Baku Hoteldə xeyriyyə tədbiri keçirilib

 

Tədbir valideyn himayəsindən məhrum olmuş aztəminatlı ailələrin uşaqları, fiziki məhdudiyyətli, hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara həsr olunub. Tədbirin əsas məqsədi uşaqlara təqvimin bu gününü yaddaqalan etməkdən və eyni zamanda üzlərində təbəssüm yaratmaqdan ibarət olub.50 nəfərə yaxın uşaq və valideynlərlə birgə keçirilən tədbirin əyləncəli proqramında müğənnilər, Dünya Tv-nin maqazin şou kollektivi, əməkdar artist, skripkaçı Səlim və digər incəsənət nümayəndələri musiqi nömrələri ilə çıxış ediblər. Həmçinin "New Baku Hotel”in kollektivi cizgi film personajları geyimində uşaqları əyləndirib.

 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin kollektivi və bu kollektivin rəhbəri Mətanət xanım Məhərrəmova bu günü yaddaqalan etmək üçün əllərindən gələni əsirgəməyiblər və uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər. Uşaqlar həmçinin Neü Baku Hotelinin kollektivi tərəfindən hazırlanmış hədiyyələri də qəbul ediblər.

 

"Face Art” yarışmasının qalibi Ağababa bəy uşaqların üzlərini cizgi film qəhrəmanları kimi bəzəyib. Balaca iştirakçılar da öz musiqi payları ilə tədbiri rövnəqləndiriblər. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nəznində fəaliyyət göstərən uşaq xorunn ifasında "Sülh” mahnısını səslənib. Balacalar milli rəqslər və şeirlər söyləyiblər. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə xanım Hüseynova balacaların bu tədbirə necə böyük həvəslə hazırlaşdığını və burada olmaqdan məmnunluq keçirdiyini dilə gətirib.

 

Qeyd edək ki, belə bir xeyriyyə tədbiri New Baku Hotelinin kollektivinin təşəbbüsü ilə həyata keçırılırdi və bu tədbirin baş tutmasında onlara Mirzə Ələkbər Sabir Fondu, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi , "Aqua Vita” şirkəti, Milenium Sağlamlıq Turizm şirkəti, "Gülüm” gül salonu dəstək verblər. Sonda Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda xanım Tahirli tədbirin təşkilatçılarını və uşaqları diplomlarla təltif edərək onların sevincinə sevinc qatıb.(PİA.az)

 

bitmap-img6

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300