Son zamanlar Azərbaycan mətbuatında dəqiqləşdirilməmiş çoxlu sayda yazılar dərc olunur. Təəssüf ki, bu yazılar bir çox hallarda şaiyə xarakteri daşıyır. Bəzən də bunlar günahsız insanların nüfuzuna xələl gətirməyə hesablanır. Yaxşı olar ki, hörmətli həmkarlarımız hər bir məsələyə diqqətlə və həssaslıqla yanaşsınlar. Son vaxtlar tanınmış iş adamı Məhərrəm Novruzov barəsində də bir neçə saytda bu tipli yazılar dərc edilmişdi. Dostlarımdan birinin tanışının çox təkidindən sonra yazılanları araşdırmaq qərarı verdim. Yazılanları dəqiqləşdirmək üçün iş adamının özü ilə görüşmək, haqqında məlumat əldə etmək, gördüyü işlərlə tanış olmağı lazım bildim. Məni iş adamı ilə görüşdürəcək bələdçi Ramin Allahverdiyevlə mənzil başına çatana qədər getdiyimiz avtomobildə iş adamı barəsində xeyli informasiya əldə etdim. Söhbət əsasında aydın oldu ki, haqqında danışılan iş adamı Həcc ziyarətində olduğu üçün hamı ona "Həci”- deyə müraciət edir və el arasında da insanların çoxu onun ad, soyadını bilmir, sadəcə "Həci” deyə müraciət edirlər. Bunu bildikdən sonra xatırladım ki, iş adamı Həci barədə şifahi olsa da mənim də məlumatım var. Haqqında çox eşitmişdim. Eşitdiklərimə görə, Həci tanınmış iş adamı olmaqla bərabər, həm də çox sadə, xeyirxah, təvəzökar bir insandır.
Məhərrəm Novruzovla görüşümüz Masazır "Qurtuluş 93”-də, öz şəxsi iş otağında baş tutdu. Bəndənizi sadə bir insan qarşıladı. İlk baxışda qarşılayanın onun işçilərindən biri olduğu qənaətinə gəldim. M.Novruzovun nə zaman gələcəyini gözləyirdim. Qarşımda əyləşən şəxslə danışmağa başlayarkən M.Novruzovun özü ilə üz-üzə əyləşdiyimi anladım. Beləliklə, M.Novruzovla görüşümüz baş tutdu.
Taninmiş iş adaminin səmimiyyətindən istifadə edilib-İŞ ADAMI İLƏ MÜSAHİBƏ
Əvvəlcə nə baş verdiyini soruşdum. M.Novruzov haqqında mətbuatda yazılanlardan təəssüfləndiyini bildirdi. Özü haqqında məlumat verdi. Dedi ki, 20 il əvvəl Bakıya gəldiyi zaman nə qalacaq, nə də yatacaq yeri olub. Çox əziyyətlər çəkib. Özünün fədəkarlığının, əlinin zəhmətin sayəsində bu səviyyəyə yüksəlib. Əlinə imkan düşəndən, xeyirxahlıqla məşğul olub. Təvəzökarlıq edib etdiklərinin çoxunu demək istəmir. Deyir ki, edilən yaxşılıqları demək olmaz. Amma müəyyən məsələləri öyrənməyə cəhd edirik. Cəhdimiz də müəyyən qədər alınır. Detallara varmasa da bəzi şeyləri deyir. Bildirir ki, çox insanlara əl tutub, neçə imkansız ailənin övladının oxumasına köməklik edib, vətənin, millətin övladları üçün çox işlər görüb, onların oxumağı üçün öz vəsaiti hesabına bir orta məktəb, bir akademiya, Şabranda akademiyanın filalını, idmançılar üçün otel, biri 5000, o biriləri 3000, 25000 nəfərlik olan 3 idman meydançası tikdirərək uşaqlarımıza, millətin övladlarına hədiyyə edib. Habelə, park salaraq, uşaqların istirahəti, oynaması üçün bütün şəraiti yaradıb. Sentyabr ayında Masazırda yeni tikdirdiyi 2000 liyevin "İş adamlarımız gedib xaricə investisiya yatırsın, Azərbaycana valyuta gətirsinlər.”- deməsindən sonra, xarici ölkələrdən birinə gedərək iş qurmaq və Azərbaycana valyuta gətirmək qərarı verib.

Taninmiş iş adaminin səmimiyyətindən istifadə edilib-İŞ ADAMI İLƏ MÜSAHİBƏ

Orada yaşayan etibarlı adam tapmağa çalışıb. Elə bu səbəbdən də yanında işləyən işçilərdən biri onu Ukraynanın Lvov şəhərində yaşayan, işsizd və vəziyyəti ağır olan Nazim Qəzənfərovla tanış edib və deyib ki, ona iş versən, həm də suvab olar. Həcini onunla işləməyə inandırıb. Elə hər şey də bundan sonra başlayıb. Nazim Qəzənfərovu Azərbaycana gətirtdirib. Deyib ki, Ukraynada şirkət quraq və tikinti işləri ilə məşğul olaq. Bir yerdə işləyək. Bunun üşün əvvəlcə torpaq almaq, sonra isə tikinti işlərini aparmaq lazımdır. Nazimlə razılaşıblar/

Nazim Ukraynaya qayıtdıqdan sonra tikinti üçün lazım olan torpağın olması ilə bağlı ona xəbər verib. M. Novruzov Ukraynaya gedərək torpağa baxıb və bəyənib. Nazim ona 100 min beh verməyin lazım olduğunu deyib və beləliklə həmin məbləğ ödənilib. Ona sənədin 2 ay müddətində hazırlanacağı bildirilib. Lakin aylar keçib sənəd hazırlanmayıb. Sonradan təklif edilib ki, sənədləşmə uzanır və buna görə də başqa bir yerdə də torpaq almaq lazımdır. Bu minvalla başqa bir torpaq da alınır və ilkin olaraq əlavə 150 min manat də ödənilir. Sonradan M.Novruzovdan müxtəlif sənədləşmə və iş adı ilə bir neçə dəfə küllü miqdarda pul alınır. Tikintiyə başlanılır. Bir müddət sonra iş adamı hesablayır ki, verilən pulların miqdarına görə bu vaxta qədər həm torpaqlar tam alınıb sənədləşdirilməli, həm də binanın tikintisi qurtarmalı idi. Günlərin bir günü ona zəng gəlir. Məlumat verilir ki, bəs Nazim Qəzənfərov Diasporanın müəyyən adamları ilə əlbir olub pulları sağa-sola xərcləyir, əvəzində isə heç bir iş görülməyib. Ukraynaya getdikdə isə tikilən binanın söküləcəyindən xəbər tutur. Şəhər Meri ilə görüşür. Mer isə ona bildirir ki, biz tikinti üçün 5 mərtəbəyə icaizə vermişik. Onlar isə texniki şərtdə saxtakarlıq edərək, sənədə özləri qol çəkib 8 mərtəbə tikiblər. Ona görə də binanın üç mərtəbəsi sökülməlidir. Baş verənlərlə bağlı Nazim Qəzənfərovdan soruşduqda o "narahat olma, özüm həll edəcəyəm”- deyərək iş adamını arxayın edir. Əlavə olaraq şəhərin mərkəzində daha yaxşı torpaq sahəsi satıldığını bildirir. Bu dəfə də M.Novruzov aldadılır. Deyilənə görə alınan ərazi tarixi bir yerdir. Vaxtı ilə öldürülmüş Yəhudilər kütləvi şəkildə orada basdırılbmış. Torpaq sahəsini 50 minə alan Nazim Qəzənfərov M. Novruzovdan 350 min, sonra isə sənədləşmə üçün müəyyən məbləğ alır. Sonradan isə oranı qazarkən insan sümükləri çıxır və həmin yerdə tikinti aparmağa icaizə verilmir. Bundan sonra iş adamı N.Qəzənfərovdan alınan bütün torpaqların və tikilən mülkün sənədlərini özünün yaxın adamlarından birinə təhvil verməyi və onun adına keçirməyi tələb edir. O, isə bir tərəfdən mülkləri vəkəlatnamə ilə M.Novruzovun tapşırdığı adama verir, digər tərəfdən isə ondan xəbərsiz vəkalətnamələri natarusda yenidən ləğv elətdirir və müxtəlif bəhanələrlə sənədləşmə işini yubadır. Bəzi mülkləri isə gizli olaraq həyat yoldaşının adına keçirərək, M.Novruzovun öz malını özünə satmaq istəyir. N.Qəzənfərov tikilmiş binaların arasında yerləşən villalardan birini öz adına sənədləşdirir və "kupça” çıxardır. Sənədlərin düzgün təqdim olunmadığını, müxtəlif saxtakarlıqla mülklərinin mənimsədiyini görən iş adamı N.Qəzənfərovdan bunun səbəbini soruşur. O, isə iş adamının ona 30 min borclu olduğunu bildirir.
M.Novruzov deyir ki, onunla işlədiyi müddətdə ona ofis tutub, yüksək əməkhaqqı ödəyib, ev və avtomaobil verib. Bunu ona görə edib ki, sağlam iş görsün, amma o, heç bir işi sağlam görməyib. Hətta tikdirdiyi evlər belə uçub tökülür. Üst-üstə N.Qəzənfərov M.Novruzova 2 milyon dollara yaxın pul atıb.
Əvvəlcə hüquqi yola baş vurmaq istəməyib. Düşünüb ki, ayıbdır, yerlidir, yəqin ki, borcunu qaytarar. 
İş adamı əlavə olaraq deyir ki, N.Qəzənfərov ona taxta-şalban göndərib. Bu dəfə də onu aldadaraq nə az-nə çox, bir milyon dollar ziyana salıb. Göndərdiyi taxta-şalban yaş olduğu üçün taxtada çatlar əmələ gəlib, qurd düşüb. Yararsız halda olub. Mütəxəsislər isə taxta-şalbana baxaraq onun dərmanlanmadığını bildiriblər. Həmin mallar hələ də qalır.
Iş adamı bir daha qeyd etdi ki, haqqında mətbuatda yazılanların heç bir əsası yoxdur. Bunlar onu gözdən salmağa xidmət edir. "Güya ki, onun təhdid edirəm, qardaşını polisə vermişəm, ölümlə hədələyirəm. Bunların heç biri olmayıb. Qardaşı ilə də telefonla əlaqə saxlamışam. Deyir ki, belə bir şey olmayıb. İstəyirsinizsə siz də əlaqə saxlayıb, soruşa bilərsiniz”-deyə iş adamı bildirdi.
Sonda M. Novruzov hüquq-mühafizə orqanlarına müraciət edib. Bildirdi ki, vətənin, millətin övladları üçün gördüyü bu işlərin müqabilində ailə-uşağını baxımsız şəkildə atıb gedən bir saxtakar, dələduz öz layiqli cəzasını almalıdır.

Elman
Xeberdar.net

Taninmiş iş adaminin səmimiyyətindən istifadə edilib-İŞ ADAMI İLƏ MÜSAHİBƏTaninmiş iş adaminin səmimiyyətindən istifadə edilib-İŞ ADAMI İLƏ MÜSAHİBƏTaninmiş iş adaminin səmimiyyətindən istifadə edilib-İŞ ADAMI İLƏ MÜSAHİBƏTaninmiş iş adaminin səmimiyyətindən istifadə edilib-İŞ ADAMI İLƏ MÜSAHİBƏTaninmiş iş adaminin səmimiyyətindən istifadə edilib-İŞ ADAMI İLƏ MÜSAHİBƏ

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300