Həlak olan neftçilərlə bağlı daha bir aksiya

Ötən ilin sonlarında «Günəşli» neft yatağında baş vermiş faciə ilə bağlı daha bir aksiya keçiriləcək. Bu dəfəki aksiyanın təşkilatçısı NİDA Vətəndaş Hərəkatıdır. 

Sosial şəbəkələrdə yayılmış məlumata görə, hərəkat üzvləri dünyasını dəyişmiş neftçilərin 40 mərasimini Dənizkənarı Bulvarda keçirməyi qərarlaşdırıblar. Onlar yaratdıqları eventdə bununla bağlı hamıya çağırış ediblər:
 
 «13 yanvar 2016-cı il tarixində "Günəşli" yatağında və Neft Daşlarında neftçilərin həlak olmasına və itkin düşməsinə səbəb olan faciədən 40 gün ötür. Onları anmaq üçün hərkəsi 13 yanvar saat 12:00-dan etibarən Bulvarda saat qülləsinin yanında dənizkənarına qərənfillər düzməyə çağırırıq».

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300