Müsavat Partiyasının başqanı Arif Hacılı Gürcüstan prezident Georgi Marqvelaşviliyə məktub göndərib. Müsavatın mətbuat departamentindən "Basta”ya verilən məlumata görə, məktubda araşdırmaçı jurnalist Əfqan Muxtarlının oğurlanması və Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi məsələsi ilə bağlı Gürcüstan prezidentinə müraciət öz əksini tapıb.

Məktubda deyilir:

"Cənab prezident,

Gürcüstana sığınan azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanaraq Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi ölkəmizin demokratik ictimaiyyətini, o cümlədən rəhbərlik etdiyim Müsavat Partiyasını ciddi narahat etdi.

Cənab prezident, baş verən hadisə bizi nə qədər məyus etdisə, sizin şəxsən məsələyə münasibət bildirməyiniz bizdə bu işin insan haqlarına, mətbuat azadlığına, beynəlxalq hüquq normalarına uyğun həll oluncağına ümid yaratdı.

Ümid edirik ki, bu hadisəni xüsusi diqqət mərkəzində saxlayacaq, Gürcüstanın da bölüşdüyü Avropa dəyərlərinə uyğun həll olunması üçün əlinizdən gələni edəcəksiz.

Cənab prezident, məsələyə ilkin reaksiyanıza görə Azərbaycan demokratik qüvvələri adından, xüsusi ilə rəhbərlik etdiyim Müsavat Partiyası adından sizə dərin təşəkkürümü bildirir, bu hadisənin ciddi araşdırılacağına, pozitiv həlli üçün əlinizdən gələni edəcəyinizə inandığımı bildirirəm.

Hörmətlə,

Müsavat Partiyasının başqanı Arif Hacılı”

 Gurcustan prezidentine

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300