Kipr prezidenti ilə xarici işlər nazirinin Ermənistana səfəri zamanı verilən bəyanatlar Bakı ilə Nikosiya arasında diplomatik qalmaqal yarada bilər.

Yenicag.az xəbər verir ki, İrəvanda Ermənistanın müdafiə naziri Vigen Sərkisyanla görüşən Kiprin xarici işlər naziri İoannis Kasulidis Azərbaycanıın ərazi bütövlüyünü şübhə altına alan bəyanat səsləndirib.

Kiprli nazir Şimali Kipr və Qarabağ problemlərini müqayisə edərkən, Qarabağı "erməni torpağı” adlandırıb:

"Şimalii Kiprlə Dağlıq Qarabağ arasında paralellər aparmaq doğru deyil. Çünki Türkiyənin işğal etdiyi Şimali Kiprdən fərqli olaraq, "Arsax” tarixi erməni torpağıdır”.

Kasulidisin diplomatik qalmaqal yaradacaq bu açıqlamasını Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli kiprli nazirin ermənipərəst fikirlərinin gözlənilməz olmadığını deyib:

"Unutmayaq ki, Yunanıstan və yunan lobbisi dünya miqyasında ermənilərin əsas himayədarlarından biridir. O baxımdan, Cənubi Kipr xarici işlər nazirinin elə bir açıqlama verməsi təəccüblü deyil. Bununla belə, özünün "separatizm”dən əziyyət çəkdiyini hər fürsətdə bəyan edən bir ölkənin naziri separatizmi dəstəkləyən mövqe bildirməməlidir. Hər halda, rəsmi Bakının bu məsələyə adekvat reaksiya verəcəyini gözləyirəm.

Kasulidisin bu bəyanatının Azərbaycanın Şimali Kipr Türk Respublikasını rəsmən tanıması məsələsini aktuallaşdıracağını düşünmürəm”.

Bir qədər əvvəl isə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hikmət Hacıyev yaydığı açıqlamada Kasulidisin məlum açıqlamasını təcavüzkar Ermənistana açıq dəstək kimi qiymətləndirib:

"Kasulidisin bu fikirləri Kiprin beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə, Helsinki Yekun Aktına və digər beynəlxalq sənədlərə zidd olmaqla yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün, İrəvanın işğalçılıq siyasətinin təbliğidir.

Belə fikirlər ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönələn səylərinə və regionda davamlı sülhün bərqərar edilməsinə zərbə vurur”.

A.Zeynalov, yenicag.az 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300