Gənclər Azad Sahibkarlıq fəaliyyətində” (Enactus Azərbaycan) İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 10 Mart 2017-ci il tarixindən başlayaraq "Milli dəyərlərin müasirliyə təcəssümü” layihəsini həyata keçirir.

 

Bu layihə özündə milli tariximizi, ənənələrimizi, gəncliyimizi və gənclərin milliliyimizdən istifadə edərək kiçik və orta sahibkarlığa cəlb edilməsinə yönəldilib.

 

Hər bir ölkənin iqtisadi inkişafı onun mövcud resurs və potensialından düzgün istifadə etməsindən asılıdır. Əlbəttə ki, ölkəmiz təbii resurslarla zəngindir. Lakin nəzərdə saxlamaq lazımdır ki, ölkənin iqtisadi inkişafı yalnız təbii resurslardan asılı deyil və buna görə də ölkənin mövcud olan digər resursları da qiymətləndirilməlidir. Bu resurslara isə istehsalatda istifadə olunan və gəlir gətirə biləcək hər bir vasitə aid ola bilər. Bu vasitələrdən biri də milli ornamentlərdir.

 

Müasir dövrümüzdə ölkəmizin sosial-iqtisadi və sosial-mədəni vəziyyətinə nəzər yetirsək, milli istehsal ənənələrimizin, mədəni irslərimizin getdikcə unudulduğunun şahidi olacağıq. Bununla yanaşı, milli dəyərlərimiz digər ölkələr tərəfindən mənimsənilir. Gənc nəsillərin milli ünsürlərimizi, dəyərlərimizi unutmaması və digər ölkələr tərəfindən mənimsənilməsinin qarşını almaq üçün onların gündəlik həyatda tətbiqi və dünya miqyasında tanıdılması zəruriyyəti yaranıb.

 

Milli ornamentləri düzgün qiymətləndirərək onları gündəlik həyat tərzinə daxil etməklə, ölkəmiz üçün yeni bir gəlir mənbəyinə çevirə bilərik. Həmçinin bu sahələrin gənclər tərəfindən işlənməsi gənc sahibkarların formalaşması üçün də şərait yaradır. Ölkəmizdə sahibkarlığın inkişafında gənclərimizin az miqdarda paya sahib olmalarının günümüzün aktual problemlərindən biri olduğunu nəzərə alsaq, "Milli dəyərlərin müasirliyə təcəssümü” vasitəsi ilə gənclər arasında bu kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və bu layihələrin dünyaya inteqrasiyasını dəstəkləmək lazımdır.

 

Bu layihədə əsas məqsəd "Müasirliyin keçmişi sevməsi” ideyasına söykənir. Son dövrlərdə dünya üzrə milli naxışların tətbiqinin aktuallaşması və milli ornamentlərimizə sahib çıxmaq, qorumaq məqsədilə onların gündəlik həyatda tətbiq edilməsidir. Həmçinin dərzilərimizə, dizaynerlərimizə və digər sənətkarlarımıza bacara bildiyimiz bütün istiqamətlərdə dəstək olmaq, layihəmizin əhatə dairəsini genişləndirmək və uğurlu nəticə əldə etməkdir.

 

Layihə çərçivəsində 12,13,26 May 2017-ci il tarixlərində "Milli dəyərlərin müasirliyə təcəssümü” tədbiri həyata keçirilib. Tədbirdə sənətkar ustalar və peşə məktəblərinin şagirdləri öz əl işlərini sərgiləyiblər. İlk Peşə ixtisası təhsili məktəblərinin dərzilik, dizaynerlik, rəssamlıq, qənnadçılıq və aşbazlıq peşələri üzrə təhsil alan şagirdləri milli dəyərlərimizi müasir gündə necə təbliğ edəcəklərini və milli adətlərimizdən, ornametlərimizdən, mətbəximizdən müasir gündə necə istifadə edə biləcəklərini nümayiş etdiriblər.

 

Tədbirdə İqtisadiyyat nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, KPMG Azərbaycan, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondu və AG Bank ASC-nin nümayəndələri ilə birlikdə 100 nəfər iştirak edib.

 

Layihəmizdən dərzilik, papaqçılıq, rəssamlıq, dulusçuluq, dizaynerlik və digər milli sənətkarlıq sahəsində fəaliyyət gostərən gənclər, eyni zamanda qənnadçılıq və aşbazlıq peşəsi ilə məşğul gənclər iştrak edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300