Ermənistan mediası Azərbaycanın xüsusi təyinatlı dəstənin baş leytenantı Ülfət Həsənovun erməni əsgərləri haqda dediyi sözləri dərc edib.

Publika.az xəbər verir ki, "hetaqrqir-lur” saytı Ü.Həsənovun "armenia.az” saytına açıqlamasında erməni əsgərlərin azərbaycanlı əsgərlərin qarşısında qorxaraq qaçdığı haqda dediklərini yayıb.

"Erməni əsgərlər bizim əsgərlərdən qorxurlar və tez-tez qabağımızdan qaçırlar. Onların bizimlə döyüşmək gücü yoxdur. Ordumuzla döyüşmək gücündə olmadıqları üçün əllərində yalnız dinc əhalini narahat etmək gəlir. Ordumuzun qarşısında isə sarsıntı keçirirlər”, - deyə Azərbaycan kəşfiyyatçısı vurğulayıb.

Ü.Həsənov qeyd edib ki, Azərbaycan Ordusu kifayət qədər güclüdür: "Biz düşməni tamamilə məhv etmək və torpaqlarımızı azad etmək gücündəyik. Bizdə ən müasir silahlar, avadanlıq, peşəkar kadr və mənəvi güc var”.

Qeyd edək ki, Ü.Həsənov iki il öncə cəbhədə yaralandığı üçün təqaüdə çıxıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300