Bu gün Müsavat Partiyası Cumhuriyyətin 99-cu ildönümü ilə bağlı Novxanıda bayram tədbiri keçirib.Əvvəlcə coşqulu yürüş keçirən müsavatçılar sonra Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmmədəmin Rəsulzadənin abidəsi önünə toplaşıblar. Burada Müsavat başqanının müavini Səxavət Soltanlının aparıcılığı ilə mitinq keçirilib.

Mitinqdə Müsavatın prezidentliyə namizədi, MSDM-in sədri İsa Qəmbər, Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublu, şair Teyyub Qurban, Müsavat başqanının müavini Yadigar Sadıqov, publisist Nəcibə Bağırzadə, milli öndərimizin nəvəsi Rəis Rəsulzadə çıxış ediblər.

MSDM-in sədri İsa Qəmbər öz çıxışında Azərbaycanda ilk dəfə olaraq mövcud hakimiyyəti "Əliyev-Paşayev rejimi” adlandırıb. Bu zaman mitinqin mikrofonlarına verilən elektrik enerjisi kəsilib. Bundan sonra müsavatçılar qabaqcadan gətirdikləri elektrik generatoru işə salıblar və İsa Qəmbər çıxışını davam etdirib. İsa Qəmbər Əliyev-Paşayev rejimindən bütün siyasi məhbusları azad olunmasını, referendum vasitəsilə Konstitusiyanın dəyişdirilməsini, ölkədə demokratik seçki keçirilməsini və islahatlara başlanmasını tələb edib.

"Əliyev-Paşayev rejiminin başqa çıxış yolu yoxdur” – İsa Qəmbər vurğulayıb.

Başqan Arif Hacılı öz çıxışında deyib ki, Müsavat Partiyası bütün dünyada yaşayan azərbaycanlıların taleyi üçün məsuliyyət daşıyır.

"Müsavat 2018-ci ili Azərbaycanda Cumhuriyyət ili elan edib. Biz bəyanedirik ki, bütün təzyiqlərə və basqılara baxmayaraq, biz Azərbaycanda 3-cü dəfə demokratik cümhuriyyəti bərpa edəcəyik” – Arif Hacılı bildirib.

Bayram mitinqində 28 May – Respublika Günü münasibətilə Müsavat Partiyasının keçirdiyi açıq şahmat turnirinin qalibləri Allahverdi Mahmudov, Mustafa Hacıbəyli və Emin Yavəriyə mükafatlar təqdim olunub. Həmçinin məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər dinlənilib.

Daha sonra Müsavatçılar Fəxri Xiyabanda mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

Mustafa Hacıbəyli, bastainfo.com

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300