Çin İranın neft-kimya sənayesinə sanksiya tətbiq edib.
APA-nın "Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, rəsmi Pekin
2017-ci ilin yanvar ayından başlayaraq İran şirkətlərindən alınan neft-kimya məhsulları
ilə əlaqədar İran şirkətlərinə vəsait ödənilməsinə qadağa qoyub.
İranın neft-kimya məhsullarının 40 faizi məhz Çinə ixrac olunur. Çinə
satdıqları malların pullarını ala bilməyən İran şirkətləri çətin duruma düşüb və
məsələ ilə əlaqədar İran prezidentinin birinci müavini İshaq Cahangirzadəyə məktub
yazıb.
İran ABŞ və Səudiyyə Ərəbistanının təzyiqi ilə Çinin İranın neft-kimya sənayesinə
qarşı sanksiya tətbiq etdiyi qənaətindədir. İran iqtisadiyyat naziri problemin
müzakirəsi və aradan qaldırılması üçün dünən Çinə səfərə yollanıb.
Ulu Yol Xəbər portalı » İqtisadiyyat » Çin İranın neft-kimya sənayesinə sanksiya tətbiq edib
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/