Bayrağımızı bir daha yüksəltmək üçün yüzlərlə şəhid verdik, elə bir o qədər insanımız qazi oldu.İndi isə həmin şəhidlərin ailələri, qazilərin durumu nə yerdədir? Bax, ən  başlıca gündəmdə saxnanılmalı məsələ budur.
Meydan hərəkatının fəalı, I Qarabağ müharibəsində öz büdcəsindən döyüş bölgəsinə ansambl, kamazla ərzaq aparan, şəhid ailələrinə yardım göstərmiş, mülkü olan mağazanın önünə o vaxt kimsə cürət etmədiyi halda "Bir kərə yüksələn bayraq , bir daha enməz" şüarı yazdıran Neftçala sakini  ilahiyyatçı Hacı Xalidin mülkü əlindən alınıb.
Uluyol.info xəbər portalı vasitəsilə və yerli KİV-lərdə yayımlanmış problemlə bağlı zərərçəkmişin növbəti şikayət məktubunu təqdim edirik:

"Əlimdən alınan dükanımın aqibətindən yazmaq istəyirəm. Bir az təvazökarlıqdan uzaq olsada yazmağa məcburam.Sovet hakimiyyətinin repressiv dövrlərində milli-azadlıq eşqi ilə yaşayıb, mübarizə aparmağın çətinliyin o dövrü yaşayanlar gözəl bilir.Biz Bəy nəslindənik. Elə Cümhuriyyət süqut edəndən sonra babam, əmilərim represiya qurbanı olmuş.Kimi Uzaq Sibir səhralarına, kimidə rayonun müxtəlif kəndlərinə daşınmaqla keçinmişlər.Kooperativ Cəmiyyətin nəzdində olan Neftçala rayonu 34N/li dükanımın üzərində böyük plakat var idi.Hansı ki, o dövrün qəddar represiyasından çox insan cürət etməzdi.Bu sözlər yazılmışdı."Bir daha yüksələn bayraq, Bir daha enməz!". Dükanımın içindədə Azadlıq şüarları, Sovet hakimiyyətinin devrilməsində əməyi keçən insanların kitabları, məqalələrindən ibarət tablo.

20-25 yanvar qırğınında hadisələrin mərkəzində olduğumdan evdə qalan 9 yaşlı böyük övladım atasının tanklar altında qalacağın düşünmüş və sağalmaz xəstəliyə tutuldu.11 ay xəstəlikdən sonra dünyasın dəyişdi. Qarabağ döyüşlərinin qızğın vaxtları idi.Həmin vaxtı mağaza işlətməyimə baxmayaraq, elə məndə döyüşürdüm.Şəhid, kasıb ailələrə yardımlar və Füzuli rayonu Aşağı Veysəlli kəndinə Neftçaladan bir yük maşını ərzaq aparmışam.Hansı ki, həmin vaxt ordumuz qələbə ilə irəlləyirdi, onların ovqatın artırılması üçün ansambl aparmışdım.Bütün bunları sadalamaqda məqsədim hansısa əməlimi reklam eləmək deyil, sadəcə hansı həyat tərzi keçdiyimiz, Xalqımız, millətimizdən ötrü yandığımızı çatdırmaq istəyirəm.Amma təəssüflər ki, bu gün biz kimi insanların nə fikrin öyrənən var, nə şikayətin düz əməlli araşdıran...

 

1477416734212

2000-ci ildən sahibi olduğum Neftçala rayonu 34N/li mağazanın özəlləşdirilməsindən ötrü adiyyatı qurumlarla dəfələrlə müraciətim cavabsız qalıb.Daha doğrusu qanunda göstərilən qaydalara riyaət etmədən, öz istədikləri cavabı vermişlər.Bununda səbəbi hara yazmışamsa, sonda Neftçala İcra hakimiyyətinə yönləndirilib və rayondan gələn məktubların mətnidə aydındır.Kooperativ Cəmiyyətlərin tərkibində olan obyektlərin satışı zamanı ilkin sahibkar olan şəxsin icazəsi olmadan satış aparıla bilməz.Bu bizim qanunvericilik.Amma Prezident aparatına yolladığım və oradan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azəriittifaq"a yönləndirilən müraciətimə aşağıdakı N364/42nömrəli məktubla cavab gəldi:

(19 noyabr 2009)

"Neftçala rayon İstehsal-İstehlak Kooperativ İdarə heyətinin Sədri cənab F.Ağayevə,

Surəti

Neftçala rayonu Qaraman kənd sakini Hacı Xalid Fərəcov Saday oğluna,

"Vətəndaş X.Fərəcovun kooperativ balansındakı 34 saylı mağaza binasının ona satılması barədə Azəriittifaqın idarə heyətinə yazdığınız ərizələr baxılması üçün sizə göndərilir.Xahiş edirik vətəndaşın ərizəsinə növbəti müvəkkillər yığıncağında baxılmasını təmin edəsiniz".


img-20161025-wa0001


2009-cü ildən bu günə kimi adiyyatı qurumlara müraciətlərim davam edir.Sonuncu dəfə Neftçala İcra hakimiyyətindən gələn cavab öz istəklərini bildirdiklərin, saxta sənəd üzə çıxdı.Beləki, guya dükanın 14 avqust 2009-cü ildə satıldığın bildirdilər.Yuxarıda kı, Azəriittifaqın 19 noyabrda göndərdiyi məktubda dükanın mənim adıma olduğu vurğulanır. Neftçala İcra hakimiyyətinin N HŞ-1026 nömrəli, 07.09.2016-ci ildə mənə gələn cavab məktubunun mətni:

 

"Sizin Neftçala Rayonunun Xıllı qəsəbəsində yerləşən və əmlakınız olan 34-nömrəli mağazanın rayon rəhbərliyi tərəfindən əlinizdən alınaraq dostlarına verməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevə ünvanladığınız müraciətiniz Rayon İcra hakimiyyəti tərəfindən araşdırıldı.

Araşdırma nəticəsində məlum oldu ki,rayonun Xıllı qəsəbəsində yerləşən 34-nömrəli mağaza rayon Kooperativ Cəmiyyətinə məxsus olmuşdur.

Kooperativ Cəmiyyətin 14 avqust 2009-cü iltarixli qərarı ilə rayonun Xıllı qəsəbəsində yerləşən 34 nömrəli mağaza Miriyev Mehdi Miryaqub oğluna satılmışdır.

Azəriittifaqın idarə heyyətinin 09 sentyabr 2014-cü il tarixli 81 nömrəli qərarı ilə rayon Kooperativ Cəmiyyəti müvəkkillərin yığıncağında 14 avqust 2009cü il tarixli qərarı və alqı-satqı müqaviləsi qüvvədə saxlanmışdır.

Məlumatı nəzərə alın.

Neftçala rayonu İcra başçısı aparatının hüquuq şöbəsinin müdiri: Ə.F.Hüseynov"


img-20161025-wa0000


Özünü hüquqşünas kimi göstərib ,mənə yol göstərən Hüseynov heç olmasa cavab məktubun hazırlayarkən, tarixi geri aparanda heç olmasa Azəriittifaqın cavab məktubundan bir-iki gün sonra etmək yadından çıxıb.O zaman hüquqşünas əsaslandıra bilərmi ki, rəhbərinin aşağıdakı biznes şəbəkəsi hansı yolla olub və yaxud qanunlar bunlara yol verirmi?

 Daha sonra hüquqi yolla haqqım olan əmlakımın qaytarılması üçün Neftçala rayon Məhkəməsinə müraciət elədim.Xatırladım ki, buna qədər məsələ ilə bağlı məktub yollamadığım qurum, təşkilat qalmayıb.Məhkəməyə lazım olan prasedur sənədlərini toplayıb təqdim elədim.Bəzi vaxtlarda lazım olmayan sənədləridə tələb edirdilər ki, bəlkə bezib iddianı dayandıraram.Amma mən indiyə kimi nə kiminsə haqqına göz dikmişəm, nədə kiməsə haqqımı yedizdirmişəm.Sona qədər mübarizə deyib, səbrlə, təmkinlə sənədləri toparlayıb məhkəmə verdim.Məhkəmə koridorlarında məni saatlarla gözlətdilər, eybi yox dedim prosesin başlamasını gözlədim.Sənədlərə baxış prosesini keçməklə , üç dəfə proses davam etdirildi və sonda "gözlənilən" qərar verildi. Məhkəmənin ciddiyə alınmaması, onsuzda çıxarılacaq nəticə qabaqcadn bildikləri üçün sadəcə məni get-gələ saldılar.Nə məhkəmə prosesinə Azəriittifaqın nümayəndəsi gəldi, nədə rayon Kooperativ cəmiyyətinin nümayəndəsi.
Məsələnin mahiyyəti isə Azəriitifaqın balansında olan və mənim satıcı kimi başlayıb, müdir-satıcı olduğum,sonda isə mən işlədiyim vaxt bağlanan mağazadan gedir.Mağazanın ilk açılışında mən olmuşam, qıfıl vurulandada. Amma mağazaya heç bir adiyyatı olmayan, ancaq rayon rəhbərliyi ilə yaxınlığı ilə ad çıxarmış Miriyev Mehdinin adına sənədləşdirilib.Azəriiitfaqın balansında olan mülkün satışa çıxarılmasında lazım olan prosedur sənədlərdən biri də özəlləşmə zamanı sonuncu işləmiş, sahibi olan şəxsin ərizəsi lazımdır. Amma mənim xəbərim olmadan satışa çıxarılıb.Maraqlısı odur ki, satış zamanı saxta sənədlərə istinad olunub.Məsələ ilə bağlı Azəriitifaqda olarkən, onların günahı olduğu və mənim məhkəməyə müracitə etməmi istədilər.Məhkəmədə anlaşılmazlıq olduğunu, məni müdafiə edəcəklərini bildirdilər. Ki, məhkəmə prosesində Deputat Eldar Quliyevin imzası ilə yenidən saxta sənəd göndərildi.Deputatın yolladığı məktubda göstərilirdi ki,
1) mən mağazadan 1989-cü il martın 3-ü çıxarılmışam və sonra ki, tarixlərə aid mənim o mağazaya adiyyatım yoxdur. Guya mənim mağazaya adiyyatımla bağlı heç bir sənəd tapmayıblar. Amma bu yalandır.Əmək kitabçamda hər şey olduğu kimi yazılıb.Sabah Pensiyaya çıxanda görməzdən gəlinəcək? Axı hər şey əmək kitabçamda yazılıb. Buda o deməkdir ki, arxiv sənədlərdə öz əksini tapıb.
2)Sonra göstərilən maraqlı məqamlardan biri Elman Məmmədovla bağlıdr. Göstərilir ki, 2000-ci ilə qədər mağazada çalışıb.Amma buda absurddur.Yuxarıda qeyd etdiyim kimi sonuncu çalışan mən olmuşam və Elman Məmmədov mənim içim olub.Səhlənkarlığına görə işdən azad etmişəm və sonra Azəriitifaqın nəzdində olan başqa bir yerdə çalışıb.Elman Məmmədovunda əmək kitabçasını alıb faktı sübüt elədim.Əmək kitabçasında yazılıb ki, 12.11.1987-ci ildə 34 N-li mağazada satıcı kimi çalışıb.1990-ci ildə isə 73 saylı, 1991-ci ildə 70 N-li, 1996-ci ildə isə öz xahişi ilə işdən azad olunduğu göstərilir.1996-ci ildə Xıllı qəsəbəsi çörək zavodu, 1998-ci ildə ərizəsi ilə işdən azad olunub.Bu şəxsin əmək kitabçasında fəaliyyəti 1998-ci ilə qədər göstərildiyi halda necə olur ki, 2000-ci ilə qədər 34N-li mağazada çalışdığı göstərilir.
3) Digər cümlələrdə öz qondarma sənədlərini müdafiə etməklə keçir.Əgər qanunlarımızın aliliyini qoruyacaq şəxs, millətə vəkilllik edən deputat belə absurd sənəd yollayırsa, və elə axırda böyük həcmdə imza atırsa, Allah aqibətimizi qorusun.
Maraqlı məqamlardan biri isə 15 sentyabr 2009-cu il alqı-satqı müqaviləsidir. O zaman Neftçala rayon Kooperativ Cəmiyyətin sədri olan Fuad Ağayevin imzası ilə saxta sənədlə Miriyev Mehdiyə satılıb. Hansı ki, sonralar Fuad Ağayevin saxta sənəd düzəltməsi ifşa olunmuş və qanunvericiliklə barəsində ölçü göstürülüb.Bu qədər sadə və bəsit. 15 sentyabr 2009-cü il alqı-satqı müqaviləsindən sonra Azəriitifaq mənə məktub yollayıb və hazırda mənim adımda olduğu göstərilmişdir.Bu məktub isə 19 noyabr 2009-cü ilə təsadüf edir.Bu qədər saxtakarlıq, rəzalət olarmı?
Neftçala rayon məhkəməsinin sədri Elməddin İbrahimova sonuncu məhkəmə zamanı xahişim və tələbim bu oldu: "Möhtərəm hakim, uzun illər tapdanmış haqqımın ədalət yolu ilə bərpa olunmasını istəyirəm.Sizdə bu rayon ərazisinə təyin olunmuş hüquqların keşiyində dayanan insansız.Yaşlanmışam, artıq bu get-gəllər məni təngə yığıb.Onsuzda istədiyim məhkəmə cavabı olmasa prosesi davam etdirəcəm.Sizdən istəyim ancaq və ancaq qanunlarımızın aliliyi üçün qərar çıxarın.O mağazanın önünə Sovet vaxtı mən ora "Bir kərə yüksələn bayraq bir daha enmz yazdırmışam".İndi isə bayrama iki gün qalıb.Hərəkatçı adamın əlindən alınan mülkün geri qaytarılmasına yardımçı olun. İmkan verin üzümüzə gələn Ramazan ayında hüzur içində olum"
Amma təəssüf ki, say saydığını say hakim göstərişlərə əməl edəcək prinsipi davam etdirildi.Tapşırığı yerinə yetirən hakim Elməddin İbrahimova yazığım gəldi.İnsan nə qədər acizanə olar, acizənə qərar çıxarar? Bu qədər çoxdur.Vallahi-billahi çoxdur.Burada kimsə maraqlıdır ki, bu kimi məhkəmə prosesləri ilə, adiyyatı orqanların saxta sənədləri ilə xalqı dövlətə qarşı çıxara.Nə əldə etmək istəyirsiz? Onsuzda düşmənimiz çoxdur.Öz içimizdədəmi düşmən axtaraq, düşmən olaq? Mən razı, onsuzda qanunlarımızn aliliyi üçün canımı, dövlətimi xərcləmişəm.İndidə mübarizəm davam edir.Ömürümün sonuna kimi haqq naminə yaşayacam və haqqı təbliğ edəcəm.Qanunlarımızı tapdamış şəxslər mənim üçün düşmən qiyafəsindədir...
Sonda Respublika günü, Müqəddəs Ramazan ayı ilə bağlı bağlı millətimi təbrik edirəm.Allah millətimi var eləsin".

Uluyol.info, Saday Fərəcov

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300