Bu gün M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında mərhum yazıçı Mövlud Mövludun "Çətirsiz" adlı hekayələr kitabının təqdimatı keçirilib.

Mərasimdə Teleqraf Holdinqin rəhbəri Aynur Camalqızı, millət vəkili Fazil Mustafa, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, tanınmış yazıçılar Səfər Alışarlı, Zahid Sarıtorpaq, Əlisəmid Kür, Kənan Hacı, Faiq Balabəyli, Kəramət Böyükçöl, Aqşin Evrən, Qan Turalı, media nümayəndələri və oxucular iştirak edib.

Mərasimi giriş sözü ilə açan şair Qismət Mövlud Mövludun yaradıcılığından və kitabın ərsəyə gəlməsindən danışıb. Daha sonra söz alan Kəramət Böyükçöl dostu Mövludla bağlı xatirələrini bölüşüb.

Tədbir iştirakçıları növbə ilə Mövludun hekayələri haqqında fikirlərini bölüşüblər.

Təqdimat mərasimində Mövludun həyat yoldaşı Sevinc Fədai və övladı Ucal da iştirak edib.(axar.az)

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300