Bu gün siyasi təşkilatların rəhbərləri, vətəndaş cəmiyyəti fəalları və bir qrup mətbuat nümayəndələrinin iştirakı ilə Gözəl Bayramlının qanunsuz həbs olunması ilə bağlı toplantı keçirilib. Toplantıda Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli də, iştirak ediblər.

Bu barədə hüquq müdafiəçisi Oqtay Gulalıyev məlumat yayıb.

Məlumatda deyilir:

"Gozel Bayramli ilə bağlı toplantımız baş tutdu. Toplantıda müxtəlif siyasi təşkilatların rəhbərləri, vətəndaş cəmiyyəti fəalları və mətbuat nümayəndələri iştirak etdi.

Gözəl xanım başda olmaqla siyasi məhbusların müdafiə olunması ilə bağlı silsilə toplantıların, birgə etiraz aksiyalarının, mitinq, aclıq aksiyası, beynəlxalq kampaniyalar və s. keçirilməsi ilə bağlı təkliflər səsləndi.

Müzakirələrimiz və mübarizəmiz davam edir. Dəstək olan hər kəsə təşəkkür edirik!”

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı dünən saxlanılıb. İlk olaraq bu haqda AXCP sədri Əli Kərimli sosial şəbəkədə məlumat yayıb.

Əli Kərimlinin məlumatına görə, Gözəl Bayramlı Gürcüstandan qayıdarkən Azərbaycan sərhəddində, Sınıq Körpü sərhəd keçid məntəqəsində saxlanılıb: "Dostlar, indicə müavinim Gözəl Bayramlı zəng etmişdi. Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman Qazax gömrük məntəqəsində Gözəl Bayramlının çantasına nəsə atıb (hələ, nə olduğu bilinmir) onu saxlayıblar”.

AXCP sədri hadisə ilə bağlı hakimiyyətə müraciət edib. O, qadin siyasətçinin şərlənməsinin pis nəticələr verə biləcəyini deyib:

"Bütün qırmızı xətləri keçməyin! Unutmayın ki, bir gün bütün bunlara görə cavab vermək də var!” – Əli Kərimli yazıb.

Xatırladaq ki, Gözəl Bayramlının həbs olunması barədə dünən  Səbail rayon məhkəməsində qərar verilib. Qərara əsasən, G. Bayramlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Könül Alı, bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300