Evi qəzalı vəziyyətdə olan Lənkəran rayon Osaküçə sakini Quliyeva Gülşən Ağamirzə evinin qəzalı vəziyyətdə olduğunu yazır

O, unikal.org-a göndərdiyi şikayətində qeyd edir ki, evinin qəzalı vəziyyətdə olması ilə bağlı Lənkəran İcra Hakimiyyətinə müraciət edib.

Ulus.Az xəbər verir ki, icra başçısı ona çadır qurdurub:"Yoldaşım ağır yataq xəstəsidir. Özüm işsizəm. Evim qəzalı vəziyyətdədir. Bununla bağlı Lənkəranın icra başçısına müraciət etdim.

Evimin yanında bizə çadır qurdular. O da qışda qarın altında qalaraq yararsız vəziyyətə düşdü. Növbəti dəfə etdiyim müraciətə cavab vermirlər. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Xahiş edirik bizə kömək etsinlər”.

Lənkəranın icra başçısı Taleh Qaraşovun bu tükürpədici hərəkəti sosial şəbəkələrdə hiddətlə qarşılanıb. İcra başçısı yoxsul, acınacaqlı vəziyyətdə yaşayan ailəyə kömək etmək əvəzinə çadır qudurur. Bu çadır da qışda dağılır.

Prezident dəfələrlə icra başçılarına xəbərdarlıq edir, vətəndaşlarla işləməyi tapşırır. Ancaq yenə də məmurlar insanları süründürür.

Lənkəran taleyində Taleh Qaraşov qədər rayonu tar-mar edən ikinci icra başçısı görməmişdi. Hətta indi Süleyman Mikayılova şükür edən rayon sakinləri hazırkı icra hakiminin əməllərindən cana doyub.

Çünki Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub. Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar.

Ulus.Az xəbər verir ki, əhali həm sosial problemlərdən, həm məmur özbaşınalığından, həm yaşıllıqların məhvindən cana doyub.

Uzun müddət Lənkəranın Böyük Bazar yolunun bərbad olması haqda yazıldı. Nəhayət, başdansovdu olsa da yol düzəldildi.

Gələn xəbərlərə görə, icra başçısı yolun təmirində də əlini cibinə salmayıb. İddialara görə, bu vəzifəni Lənkəran RMX-nın baş həkiminin boynuna qoyublar və yazıq öz hesabına yolu düzəltdirib.

Şəhər sakinləri qeyd edirlər ki, yağmurlu region olduğuna görə burada yağışdan sonra Lənkəran su altında qalır. Çirkab sular və tullantılar şəhərin küçələrinə tökülür.

Əhalini yağış sularının axması üçün çoxdan qazılmış açıq xəndəklər xilas edir. Həmçinin, Lənkəranın yolları bərbad gündədir. Rayonda ara məhəllələr cəhənnəmi xatırladır. Mikorayon, Şəhidlər Xiyabanı yolu, Kiçik bazar yolu keçilməzdir.

Rayonda heç bir abadlıq işi görüləməyib, yaşıllıqlar salınmayıb, parklar, məktəblər, bağçalarda yenidənqurma işləri aparılmayıb. T.Qaraşovun dövründə Lənkəranda sosial problemlərin həlli də, abadlıq-quruculuq işləri də dondurulub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300