Bir neçə gün əvvəl Reportyor.tv olaraq Türkiyə ilə Azərbaycan arasında dostluğun, sıcaq iqtisadi əlaqələrin az qala simvolu kimi təqdim olunan bir şirkətin təbii sərvətlərimizin talanı ilə məşğul olması barədə araşdırma yazı dərc etmişdik. Həmin yazımızda onu da qeyd etmişdik ki, yerli oliqarxlar da bu talana şərait yaradırlar.

Əgər xatırlayırsınızsa həmin yazımızda söhbət "Polat” şirkətinin Beyləqan rayon Binnətli kəndi ərazisində dövlət fond torpaqlarına soxularaq, kəndlilərin əkin yerlərini alaraq qeyri-qanuni istismarla məşğulundan bəhs olunurdu. Əvvəlki apardığımız araşdırmalardan da məlum olub ki, sözügedən və yaxın ətraf ərazilərdə başqa qeyri-qanuni qazıntı işləri aparılaraq təbii sərvətlərimizə milyon manatlarla ziyan vurulub ki, aidiyyəti üzrə səlahiyyəli söz sahibləri bu talana görə, sözü gedən şirkət barəsində heç bir ciddi tədbirlər görməyiblər. Hələ də görməməkdə israrlıdırlar. Məhz elə bu baxımdan həmin məlumatların ehtiva etdiyi məsələlərin dəqiqləşdirilməsi istiqamətində araşdırmalarımızın davam etdiyini də yazımızda xüsusi olaraq vurğulamışdıq.

 

Reportyor.tv araşdırmalarını davam etdirərək "Polat” şirkəti tərəfindən Beyləqan rayon Binnətli kənd ərazisində aparılan qeyri-qanuni qazıntı işləri zamanı təbii sərfətlərimizə dəymiş ziyanı tam təfərruatı ilə araşdırıb. Beləliklə də həm vətəndaş, həm də jurnalist olaraq öz üzərimizə düşən vətandaşlıq borcumuzu vicdanla yerinə yetirmiş olduq. Bundan beləsi isə qaldı, bu talana qarşı aidiyyəti üzrə səalhiyyətli şəxslərin vicdanla necə tədbir görüb Reportyotlarımızla birlikdə "Polat” şirkətinin faydasız qazıntı işləri apardığı bir əraziyə daxil oluruq. Burda gördüklərimiz və çəkdiklərimiz bizi dəhşətə gətirdi. Şirkət tərəfindən qazıntı işlərinin aparıldığı ərazidə 20-25 dəqiqəlik apardığımız çəkiliş boyu cavabdeh şəxslərlə görüşüb bizi maraqlandıran suallarımızı ünvanlandıra bilmədik. Burda olduğumaz dəqiqələrdə kimsə bizə yaxın gəlib nə karə olduğumuzu belə sormadılar. Düşündük ki, hər halda bizə yaxınlaşıb kimliyimizi soruşarlar, bizdə bu fürsəti dəyərləndirib suallarımıza cavab tapmış olarıq. Yenə də çəkliş boyu bizə kimsə yaxınlaşmadı və niyə çəkiliş aparırıq deyə bir kimsə maraqlanmadı.Artıq 20-25 dəqiqəlik çəklişimizi başa vurub gəldiyimiz kimi də geri qayıtdıq. Düzü deyim ki, yol-boyu məni düşündürən bir neçə sual oldu. Öz-özümə düşündüm, bəlkə elə əraziyə daxil olub çəkliş aparan biz Azərbaycanlı jurnalistlər yox, erməni, ermənipərəst qüvvələr də ola bilərdi. Belə olduğu halda, həm şirkətin, həm də qazıntı işlərinin aparıldığı rayon ərazisinın hansı təxribatlarlala üzləşə biləcəyini elə də təssəfür etməmək olmur… Ən azından şirkəti mühafizəçisi olmalı, əraziyə daxil olan şəxslərin kimliyi barədə qeydlə aparmalıdır.


Bir daha şahidi olduq ki, həqiqətəndə Türkiyə ilə Azərbaycan arasında sıcaq iqtisadi əlaqələrin az qala simvolu kimi təqdim olunan "Polat” şirkəti təbii sərvətlərimizin talanı ilə məşğuldur.


Ərazidə olarkən bir daha şahidi olduq ki, həqiqətən də "Polat” şirkəti faydalı qazıntıları emal etmədən, faydalı hala gətirmədən birbaşa "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşası həyata keçirilən Beyləqan-Gəncə yolunun yatağına daşıyır. Şirkət qazıntı işlərini şoran ərazidə aparmaqla, yararsız hala salıb, qazıntı zamanı ərazilərdə süni göllər yaranıb ki, sonradan da həmin göllərin qurudulması üçün Azərbaycan dövləti əlavə vəsaitlər xərclənməli olacaq. Bu isə o deməkdir ki, keyfiyyətsiz yaqtaq üzərində salınan asfalt yol çox keçmədən dağıla, inşaat üçün ayrılan dövlət vəsaiti hədər gedəcək. Heç şübhəsiz ki, burada söhbət çox ciddi korrupsiyadan, mənimsəmələrdən gedir.


Əlbəttə, yuxarıda qeyd etdiklərim heç də şirkəti düşündürməyə bilər. Bu sadalananları biz özümüz düşünməliyik, ona görə də izin verməməliyik ki, hansısa bir şirkət öz maraqları çərçivəsində ölkəmizdə təbii sərvətlərimizin talanı ilə məşğul olsun.


Həqiqətən də bu kimi hallar yüksək mənsəb sahiblərinin şəxsi maraqları naminə qanunları tapdalayaraq öz aralarında "centlmen sövdələşmələrinə” daha böyük əhəmiyyət vermələrindən irəli gəlir. Artıq şübhəyə yer qalmır ki, sözügedən ciddi korrupsiya faktı Ekologiya və Təbii Sərvətlər naziri H. Bağırovun və Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri K. Həsənovun "xeyir-duaları” ilə həyata keçirilib. Çünki əvvəl də yazdığımız kimi, yer təkinin istifadəyə verilən sahələrində ümumi yayılmış faydalı qazıntıları çıxarmaq hüququ verən xüsusi icazəyə müvafiq "Dağ-mədən ayırması” almaq üçün ETSN – nin, ilk növbədə isə yerin təkindən istifadə məqsədilə müvafiq torpaq sahəsinin ayrılmasına torpaqdan istifadəyə nəzarət edən ƏMDK – nın razılığı olmalıdır. Deməli, bu razılıqlar qeyri-rəsmi qaydada əldə olunub.

 

 

Azərbaycan Respublikası ərazisində yerin təkindəki ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsinə "Yerin təki haqqında” Qanuna müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi xüsusi razılığa (lisenziyaya) "Dağ-mədən ayırması” statusuna əsasən icazə verilir. Yer təkinin istifadəyə verilən sahələrində ümumi yayılmış faydalı qazıntıları (qum, çaqıl, çınqıl, gil, gillicə, qumdaşı, qırmadaş, təbaşir, əhəngdaşı, balıqqulağı, şist və s.) çıxarmaq hüququ verən xüsusi razılığa və ya icazəyə müvafiq "Dağ-mədən ayırması” almaq üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin adına ərizə ilə müraciət edilir. Ərizəyə bir sıra sənədlər, ilk növbədə isə yerin təkindən istifadə məqsədilə müvafiq torpaq sahəsinin ayrılmasına torpaqdan istifadəyə nəzarət edən müvafiq icra hakimiyyəti (hazırda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi) orqanının razılığı əlavə olunmalıdır.

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli 239 saylı qərarı da kobud şəkildə pozulmuşdur.

 


Hesab edirik ki, Ekologiya va Təbii Sərvətlər Nazirı cənab Hüseynqulu Bağırov bizim iştirakımızla birlikdə "Polat” şirəkətinin qanunsuz qazıntı işləri apardığı ərazidə olmalı və mövcud vəziyyətlə bir başa tanış olmalıdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300