bitmap-img6

 

İcra başçılarının tətil günlərində xaricdəki kurortlara üz tutmaları haqda yazıya reaksiyalar gəlməkdədir. Ən müxtəlif mənbələrdən redaksiyamıza icra başçılarının əksərinin tətil günlərində çalışdıqları rayonlarda olmadıqları, xaricə istirahətə getdikləri barədə xəbərlər daxil olur

 


Bu xəbərlərin birində Gədəbəyin icra başçısı Ramiz Yediyarovdan söhbət açılır.

"Ramiz Yeniyarovu 2016-cı ildə rayonda görən olmayıb. Keçən ildən rayondan gedəndir. O, Karlovı Varını bəyənmir, Montoneqroya gedir” – deyə redaksiyamızla əlaqə saxlayan rayon sakinlərindən biri bildirib. 

Onun sözlərindən bəlli olub ki, Gədəbəy rayonuna ötən ilin son günlərində yağan qar rayon mərkəzi ilə ucqar kəndlər arasında əlaqəni kəsib: "Elektrik enerjisi ilə kəndlər 4-5 gündür ki, təmin olunmur. Yollar bağlıdır. Qardan təmizlənmir. İcra başçısı isə yoxdur. Dekabrın əvvəlində Qubada qar yağdı, 4 kəndin yolunu bağladı. Səhəri günü ağır texnikanı çıxarıb yolu açdılar. Bunu televizorda göstərdilər. Gədəbəydə isə gözləyirlər ki, gün çıxar, qar əriyər. Ucqarlarda yaşayan, rayon mərkəzi ilə əlaqəsi kəsilən kəndlərin camaatı Allahın ümidinə qalıb. Ramiz Yediyarov rayonda olması da elə də fərq eləmir. Gəlsə, guya yol təmizlətdirəcək?”

Qeyd edək ki, ötən sayımızda "İcra başçıları ölkəni kütləvi şəkildə tərk edib - siyahı” sərlövhəli yazı dərc etmişdik. Yazıda ölkədən baş verən devalvasiyanın  yaratdığı gərginlik fonunda məmurların, xüsusən də icra başçılarının Avropanın və Asiyanın bahalı kurortlarında dincəlmələrindən söhbət açılırdı. 

Bildirilirdi ki, İmişlinin icra başçısı Vilyam Hacıyev, Salyanın icra başçısı Tahir Kərimov, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov, Masallının icra başçısı Rafil Hüseynov, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Xətainin icra başçısı Razim Məmmədov, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov ölkə iqtisadi fəlakətlə üz-üzə olduğu bir vaxtda, ölkə prezidentinin belə Yeni il tətilini ölkədə keçirdiyinə rəğmən xarici ölkələrə istirahətə gedirlər.(musavat.com)
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300