Münasibətləri ukraynalı oliqarx qurub – ABŞ tarixində ən böyük siyasi əcinnə ovu…


"Reuters” xəbər agentliyi Trampın seçki kampaniyasını aparan müşavirlərindən ən azı 18 nəfərinin Rusiya hakimiyyətindəki şəxslərlə yaxın münasibətdə olması haqda məlumat yayıb.

Avropa.info xəbər verir ki, Trampın müşavirləri rus hakimiyyət nümayəndələri ilə keçən ilin aprel və noyabr aylarında telefon və e-mail vasitəsilə əlaqə yaradıblar. Tərəflər iqtisadi münasibətləri, Çin və İŞİD-i müzakirə ediblər.

Münasibət yaradılan şəxslər arasında ukraynalı oliqarx və siyasətçi Viktor Medvedçuk ilə Rusiyanın ABŞ səfiri Sergey Kislyak da var. Medvedçuk "Reuters”ə yazdığı məktubda heç kəslə görüşmədiyini bildirib.

Agentlik isə məlumatı ABŞ rəsmilərindən aldığını bildirir. Məlumatı ötürən rəsmilərin bir qismi hazırda vəzifədədir.

Verilən məlumata görə, istefa vermək məcburiyyətində qalan Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn və rus səfir Kislyak arasında münasibətlər 8 noyabr seçkisindən sonra daha da artıb. Tərəflər təhlükəsizlik normalarını nəzərə almayaraq, Tramp və Putin arasında rabitə kanalının açılmasını müzakirə ediblər.

Senat və Nümayəndələr Palatasına bağlı kəşfiyyat komitələri Trampın kampaniya müşavirləri ilə rus rəsmilər arasında olan münasibətləri əks etdirən sənədlərin istintaqı üçün MKİ və Milli Təhlükəsizlik Agentliyinə müraciət ediblər.

ABŞ prezidenti Donald Tramp və sabiq FTB sədri Ceyms Komeyin arasında baş verən qalmaqal bütün dünyada manşetlərdə getmişdi. Trampın Komini qovmasını "New York Times” qəzeti manşetdə vermişdi.

Bu qalmaqalda diqqəti çəkən əsas məsələ Trampın istefa verməyə məcbur qalan milli təhlükəsizlik müşaviri Maykl Flin haqqında açılan işin qapadılması istəyi idi. "New York Times”ın yazdığına görə, Ağ Evdə keçirilən iclasdan sonra Tramp Komiyə Flin haqqında "O yaxşı adamdır. Onun işini bağlayacağınızı düşünürəm” deyib. Komey isə cavabında "Sizinlə razıyam, yaxşı adamdır” cavabı verib.

Aralarında Anqus Kinq kimi müstəqil senatorların olduğu siyasi çevrələr yavaş-yavaş impiçment məsələsini dilə gətirirlər.
"Əgər bu gün Nümayəndələr Palatasında demokratlar çoxluq təşkil etsəydi, impiçment layihəsi indidən yazılmış olardı. Amma Konqresdə hələ də Respublikaçılar çoxluq təşkil edir” – Antoni Zurker belə deyib.

Trampın düşdüyü vəziyyəti "Uotergeyt qalmaqalı” kimi təqdim edən Con Makkeyn kimi bəzi senatorlar indidən tərəddüd içərisindədir.

Makkeyn partiya xəttinə münasibətdə fərqli mövqe tutan senator kimi tanınır. Respublikaçılar bu günə qədər Trampın ətrafında çox səs-küy yaratmadılar. Respublikaçılar partiya qurultayında Trampa tam dəstək vermişdilər. Trampın İraqda həyatını itirən əsgər ailələri ilə etdiyi mübahisələri görməməzliyə vurdular. Sabiq gözəllik yarşının qalibi Alisia Makado haqqında sözlərini və qadınlar məsələsində səhvlərini üzə vurmadılar. Antoni Zurker deyir ki, respublikaçıların səbrinin həddi artıq tükənə bilər.

Rusiyanın ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə iddialarını araşdırmaq üçün ABŞ Ədliyyə Nazirliyi istintaqın başına sabiq FTB direktoru Robert S. Mülleri təyin edib.

Nazirlikdən verilən rəsmi açıqlamada ədliyyə nazirinin müavini Rod Rozenşteyn Rusiyanın seçkiyə müdaxiləsini araşdırmaq üzrə Müllerin xüsusi səlahiyyətli prokuror kimi təyin edildiyini bildirmişdi. Tramp isə Rusiyanın müdaxiləsini araşdırmaq məsələsi ilə bağlı öz ədliyyə nazirinin kənardan xüsusi prokuror təyin etməsinə sərt reaksiya vermişdi.

Məsələ ilə bağlı etirazını Tramp "Twitter”dəki səhifəsində bildirmişdi:

"Klintonun seçki kampaniyası və Obama hakimiyyəti dövründə baş verən bütün qanunsuz hərəkətlərə qarşı heç zaman xüsusi prokuror təyin edilməmişdi”.

Tramp bu istintaqın ədalətsiz olduğunu müdafiə edərək "Amerika tarixində ən böyük siyasi əcinnə ovu” adlandırmışdı.
Ədliyyə naziri müavini Rod Rozneştayn istintaq aparmaq naminə kənardan xüsusi prokuror təyin edilməsinin "xalqın xeyrinə” olduğunu demişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300