BEYLƏQAN MEŞƏLƏRİNDƏ NARKOTİK PLANTASİYALARI – BAĞIROVUN BUNLARDAN XƏBƏRİ VARMI?
 
Novruz Alıkərimovun qazandığı yüzminlərin mənbəyi haradandır? 

Ölkənin müxtəlif zolaqlarında narkotik bitkilərin əkilib becərilməsi ilə bağlı hüquq mühafizə orqanları müxtəlif vaxtlarda xeyli faktlar aşkarlayıblar. Zaqatala, Balakən, Quba, Qusar, Xaçmaz, İsmayılı və digər rayonların ərazilərindəki meşə sahələrində bu tip qanunsuz plantasiyaların aşkarlanması ilə bağlı zaman-zaman əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər, o cümlədən Ekologiya və Təbiii Sərvətlər nazirliklərinin saytlarında da həmin məlumatlar müxtəlif tarixlərlə yerləşdirilir.
Beyləqan ərazisindəki meşə zolaqlarında da narkotik bitkilərin əkilib, becərilməsi ilə bağlı məlumat daxil olub. Məlumatı verən mənbə bildirdi ki, 5 ay öncə, iyul ayında Beyləqan - Bakı magistral yolunun kənarında yerləşən meşə massivində böyük narkotik plantasiyası aşkarlanıb. Həmin vaxt rayon hüquq mühafizə orqanları narkotik becərən şəxslərdən iki nəfərini həbs etsələrdə, bir nəfər hadisə yerindən qaçmağa nail olub.

Mənbə onu da qeyd etdi ki, əməliyyat zamanı Beyləqan - Bakı magistral yolunun kənarındakı həmin meşə massivində salınmış plantasiyada çoxlu sayda narkotik kollar aşkarlanıb. Bundan başqa ərazidə 2 otaqlı ev, bir neçə su çəni, həmçinin narkotik bitkilərin becərilməsi üçün çoxlu sayda avadanlqılarda mövcud olub. Rayon mərkəzindən təxminən 30 km aralıdakı meşə massivində böyük bir narkotik plantasiyanın yaradılmasından Beyləqan Meşə Mühafizəsi və Bərpası İdarəsinin rəhbəriliyinin xəbərsiz olması təəccüblüdür. Mənbənin verdiyi məlumata görə Beyləqan rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin müdiri Novruz Alıkərimov məhz bu məsələ ilə əlaqədar adının çəkilməməsi üçün külli miqdarda vəsaitindən keçməli olub. Məlumatda o da bildirilir ki, Novruz Alıkərimov əslən Xaçmaz rayonundan olan narkotik maddələrin istehsalçılarına həmin meşə sahəsinin bir hissəsini icarə məqsədi ilə verib. Amma cənab Alkərimovun həmin şəxslərin bu tip qanunsuz əməllərindən xəbərinin olub – olmaması da sual yaradan məqamdır. Hətta idarə rəisinin xəbərsiz olması belə onu məsuliyyətdən azad etmir. Çünki icarədar başqasının istifadəsinə verdiyi hər hansı əşya və ya ərazinin mövcud vəziyyəti ilə daim maraqlanmalıdır. Digər tərəfdən həmin meşə masivvini icarəyə götürən şəxs istifadəsinə verilən ərazidə qapalı və ya dövlət sirri hesab olunan hər hansı struktur yaratmamışdı ki. əraziyə gediş – gəliş yasaqlansın. Rayon polis idarəsindən adının çəkilməsini istəməyən şəxsin verdiyi məlumata görə həbs edilən Xaçmaz sakinləri narkotik plantasiyasını 2 il öncə yaradıblar. Bu qədər müddətdə fəaliyyət göstərən narkotik plantasiyasından idarə rəisinin xəbərsiz olması və ya əraziyə nəzarət edən meşəbəyinin o ərazidən ötən iki il müddətində bir dəfə belə keçməməsi şübhəli məqamdır. Rayon polisinin apardığı əməliyyat nəticəsində həbs edilən şəxslər də istintaqa ərazinin məhz Novruz Alıkərimov tərəfindən icarəyə verildiyini bildiriblər. Hətta məlumatı verən mənb onu da bildirdi ki, cənab Alkırimovun bu məsələ ilə bağlı öncədən məlumatlı olub. Mənbə onu da bildirdi ki, bu məsələdə Novruz Alıkərimovun adının çıxarılmasında RİH başçısı Vaqif Abdullayevin də rolu olub. Hadisədən təxminən 2 ay sonra isə sentyabr ayında Dünyamallar kəndi ərazisindəki meşə sahəsində rayon polis əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində daha bir narkotik plantasiyası aşkar edilib.
BEYLƏQAN MEŞƏLƏRİNDƏ NARKOTİK PLANTASİYALARI – BAĞIROVUN BUNLARDAN XƏBƏRİ VARMI?
Əməliyyat zamanl kimsə həbs edilməyib. Mənbə rayon polisi tərəfindən aparılan əməliyyat zamanı meşə zolağında aşkarlannan narkotik sahəsi ilə bağlı istintaq tədbirlərinin başlamamsı üçün Novruz Alıkərimovun "müvafiq işlər” gördüyünu bildirdi. Bu qədər cinayət tərkibli məsələrdən bir başa aidiyyatı olduğu halda hər hansı məsuliyyətə cəlb edilmədən qurtuluşda Novruz Alıkərimova Ekologiya və Təbii Sərvətlər nazirliyinin Aparat rəhbəri Rövşən Cəlilovun yaxından kmək etdiyini söyləyən mənbə əlavə olaraq bildirdi ki, hər il nazirliyin Aparat rəhbərinə heç də az olmayan məbləğdə hesab verən Novruz Alıkərimov Rövşən Cəlilovla onunla Meşə Mühafizəsi və Bərpası Agentliyinin direktoru işlədiyi vaxtlarda isti münasibət yaradıb. Rövşən Cəlilovun himayəsi altında bu tip qanunsuz işlərin müqabilində Novruz Alıkərimov özünə çoxlu sayda sərvət toplayaraq rayon miqyaslı oliqarxlardan birinə çevrilıb. Normalda dövlətdən aldığı əmək haqqı ilə idarə müdirinin Bakı kimi bahalı şəhərdə 3 mənzili, rayonda 2 evi, oğlanlarının adına sənədləşdirilmiş müxtəlif təyinatlı kommersiya obyektiləri, fermer təsərrüfatı, torpaq sahələri olmazdı. Mənbə iddia edir ki, məhz bu qədər sərvətin hesabına N.Alıkərimovun adı meşə sahələrində iki dəfə hüquq mühafizə orqanları tərəfindən aşkarlanan narkotik plantasiyaları məsələsində hallanmadı. Məlumatı verən mənbə hətta onu da qeyd etdi ki, polis orqanlarının Həmçinin birinci narkotik plantasiyası aşkarlanan zaman məsələdən Ekologiya və Təbii Sərvətlər naziri Hüseyqulu Bağırovunda xəbərdar olduğu bildirilir. Lakin nazirliyin aparat rəhbəri Rövşən Cəlilov Hüseyqulu Bağırovu inandıra bilib ki, həmin narkotik plantasiyasından Novruz Alıkərimovun xəbəri olmayıb. Məhz Beyləqan rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin müdiri himayədarı Rövşən Cəlilovun sayəsində nazirin qəzəbindən qurtulduğu deyilir.Həmin problemin yoluna qoyulması üçün isə Novruz Alıkərimovun nazirliyin Aparat rəhbərinə illik "vergidən” əlavə az olmayan məbləğdə "hörmət” edib. (Xəbərdar.net)
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300