"Topaz” ötən il olduğu kimi, bu il də mərc həvəskarlarını şirnlikləndirməkdə maraqlıdır.

Yeniçağ.Az xəbər verir ki, mərc şirkəti bu dəfə Xəyal adlı şəxsin 452 min 500 manatlıq uduşunu reklam edərək, insanları qumara dəvət edir.

"Topaz”ın yaydığı xəbərə görə, adıçəkilən şəxs fantastik məbləği ümumi olaraq 34 kuponun hesabına qazanıb. Maraqlıdır ki, o, hər bir kupona 300 manatlıq mərc edib. Bu isə ümumilikdə 10 min 200 manatlıq mərc deməkdir.

Belə olan halda isə sual yaranır: 10.200 manatı olan şəxs "Topaz” oynayarmı? Tutaq ki, bu riski gözə almısınız. Bəs, eyni oyunların yer aldığı kuponun hər birinə 300 manat yatırarsınız? Hər halda kiminsə belə risk edəcəyi inandırıcı deyil. Çünki 10 oyundan biri proqnoza uyğun gəlməsə, bu, 10.200 manatın "yanması” deməkdir.

Çox güman ki, bu, reallıq yox, "Topaz”ın Xəyal adlı şəxsin adı altında uydurduğu xəyalının məhsuludur. Bunu şirkətin PR-ı üçün düşünülmüş ucuz reklam da adlandırmaq olar. Çünki burada mərc şirkəti maraqlı olan tərəfdir.

Qeyd edək ki, qanuni qumar hər adama xoşbəxt anlar yaşatmır. Dövrü mətbuatda "Topaz”a görə intihar edənlərə, dağılan ailələrə, cinayətlərə aid onlarla xəbərə rast gəlmək olar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300