Kosmetik vasitələr Azərbaycanda məcburi sertifikatlaşdırma tələb olunan məhsullardandır. 

Bu, Nazirlər Kabinetinin 29 may 2015-ci il 208 nömrəli qərarı ilə nəzərdə tutulub və 1993-cü ildə 343 nömrəli qərarla təsdiqlənmiş 90 adda məhsulun siyahısına artırma ilə qeyd olunub. Bəs bu sertifikatlaşdırmanı kim həyata keçirir? 

Azərbaycanda kosmetik vasitələrin sertifikatlaşdırılmasını həyata keçirən tək qurum olan Ekotest MMC-dir. 2011-ci ildən Milli Akkreditasiya Sistemində qeydiyyatdan keçən qurumun bu fəaliyyətində heç bir qüsur olmazdı. Əgər… Qurum ilə ölkənin yeganə kosmetika istehsalçısı Gazelli eyni şəxsə - Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya məxsus olmasa idi. Sertifikatlaşdırma üçün götürülən analizlər də elə Gazelli-nin Şüvəlanda yerləşən laboratoriyasında aparılır. Təsəvvür edirsinizmi, ölkənin ilk kosmetika brendinə rəqib olaraq bazara girmək istəyən hər hansı istehsalatçı Gazelli-nin "xeyir-dua”sını almalı olur? Ən absurd olan cəhət isə sertifikatlaşdırma qurumuna yoxlayacağı müəssisənin istehsal prosesinə və məkanına nəzarət etməsi ilə başlayır. Təsəvvür edin ki, siz rəqabətə başladığınız istehsalçının müəssisənizə girib, bütün istehsal sirlərinizi öyrənməsinə məcbursunuz.

Cahangir Əsgərovun özü hava nəqliyyatında böyük monopoliya yaradıb, baxmayaraq ki, "Azərbaycan Hava Yolları” QSC dövlət müəssisəsidir, xanımı isə kosmetika sahəsinə tam nəzarətə götürərək istədiyi şərti diktə edir. Təkcə bir ailənin nəzarətindəki monopoliya ölkəyə, vətəndaşlara nə qədər ziyan vurur. İndi bu cür monopolist məmur ailələrinin sayı onlarla olanda vəziyyətin necə fəlakətli olduğunu təsəvvür etmək adamı heyrətə salır. Məhz bu cür qüsurlu iqtisadi sistemin (əslində sistemsizliyin) tətbiqinə görə Azərbaycan bu cür çıxılmaz durumla üzləşib... 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300