Ötən gecə yağan leysan xarakterli yağış Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib.

ARB Şəki xəbər verir ki, nəticədə ətraf ərazilərə düşən sel bir sıra fəsadlar yaradıb.

Sel suları Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub. Qobustanın Poladlı kəndində sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və 200-dən çox ev quşu tələf olub. Elektrik dirəklərinin aşması nəticəsində kəndin enerji ilə təminatı dayandırılıb. Hazırda xətlərin bərpası işləri aparılır.

Şücaət Şükürov - Sakin:"Səsinə ayıldım. Sel ilə mənim evimin arasında 10 metr fərq var. Mal-qara da çöldə . Digər heyvanları çıxartdım, amma balalı inəyi çıxara bilmədim. İnək əlli-ayaqlı yoxa çıxdı".

Cavid Əkbərov - Sakin: "Toyuqlar ölüb. Televizor, soyuducu, video hamısı içəridədir. Qalmışıq çöllərdə, sığınacaq istəyirik".

İlhamə Əkbərova- Sakin: "Ayıldıq, bir də gördüm deyir ki, sel gəlir, durun ayağa. Qonşular harayımıza gəlib. 4 baş ailə çöldə qalmışıq".

Əhaliyə dəyən ziyan müəyyənləşdirilir.

Qəbələdə isə gecə saatlarında güclü leysan və dolu yağması müşahidə olunub. Bəzi ərazilərdə şəxsi təsərrüfatlara və meyvə ağaclarına, habelə avtomobillərə kiçik həcmli ziyan dəyib. Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb. Nəticədə bəzi küçə və ara yollarda suyun səviyyəsi çoxalıb. Kəndlərdə eləcə də, əkin sahələrində heç bir tələfat qeydə alınmayıb.

Şimal-qərb bölgəsində Yağıntılı hava şəraitinin sabahdan etibarən düzələcəyi gözlənilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300