İrəvanda keçirilən mer seçkilərində bir məqam diqqət çəkib.
AzVision.az erməni
KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın paytaxtında yerləşən 1011
saylı seçki məntəqəsində seçicilərdən birinin atasının adının Azərbaycan olduğu
məlum olub.
Məlumata görə, həmin seçici 1958-ci il təvəllüdlü Qasparyan Anahid Azərbaycan
qızıdır.
Qasparyan Anahidin atasının milliyəti açıqlanmayıb.
Şahin Qocayev, azvision