Dünən səhər saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində baş vermiş ağır qəzada vəfat edən 76 yaşlı Elman Əliyevin elm adamı olduğu üzə çıxıb.

Uluyol.info lent.az-a istinadən xəbər verir ki, Aşıq Molla Cümə küçəsində "Hyundai" markalı, 10 LA 357 dövlət nömrə nişanlı avtomobilin "Toyota" markalı 90 XD 220 nömrəli maşına çırpılması nəticəsində vəfat edən E.Əliyev texnika elmləri namizədi, dosent olub. O, "Hyundai" markalı avtomobili ilə səhər saatlarında işə gedirmiş.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300