Ərzağın qiyməti yenə bahalaşdı — YENİ QİYMƏT CƏDVƏLİ


 

 

Bakının mağaza və supermarketlərində ərzağın qiyməti durmadan artır.


Uluyol.info baku.ws
-ə istinadən məlumatına görə, paytaxtda əsas topdansatış məhsulların qiyməti bahalaşdığı üçün əksər dükan və mağazalarda da artım müşahidə olunur. 

Müşahidələrimiz zamanı gördük ki, əksər topdansatış məntəqələrində siqaret, uşaq bezi, çay və digər gündəlik tələbat mallarının satışı ya dayandırılıb, ya da az miqdarda satılır. Ərzağın qiyməti isə durmadan bahalaşır. Çox təəssüf ki, əvvəlki bahalaşmada qiyməti dəyişməyən çörək, un və başqa məhsulların da qiymətində artım müşahidə olunur. 

 

 

Topdansatışla məşğul olan sahibkarlar  bildiriblər ki, xaricdən gətirilən məhsullarla yanaşı, yerli malların qiymətində də xeyli artım olub. Onlar bunu yerli firmaların məhsulu istehsal edərkən sərf olunan xərclərin dollarla hesablanması ilə əlaqələndiriblər.

 

 

Bildirilir ki, firmalar məhsul istehsal etmək üçün lazım olan kağız, boya, karton, sellofan və s. xaricdən gətirilir. İstehsalat üçün lazım olan avadanlıqlar da xaricdən gətirilir. Buna görə də, yerli firmalar qiymətləri bahalaşdırmağa məcburdir.


Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyindən istehlak bazarında süni qiymət artımının olmadığı bildirib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən baku.ws-ə verilən məlumata görə, bununla əlaqədar nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın.  

 

 

"Dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın. Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq", - deyə Ş. Mustafayev bildirib.(Ziya Babayev-baku.ws)

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300