Mayın 12-də keçirilən məhkəmə prosesi başa çatıb və nəticədə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq” qəzetinin azadlıq.info, "Azadlıq Radiosu”nun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarını və "Turan” telekanalı (Turan TV) və "Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı müraciəti qismən təmin edilib və ölkə ərazisində saytlara giriş qadağan edilib.

Azərbaycan hökumətinin bu qərarını söz, fikir azadlığına qarşı addım hesab edən Fransa Xarici işlər və Beynəlxalq İnkişaf nazirliyi bəyanat yayıb.

Fransa Xarici işlər və Beynəlxalq İnkişaf nazirliyinin

Bəyanatı

Çoxsaylı informasiya internet saytların yayımını dayandırılması barədə Azərbaycan hökümətinin qərarından Fransa narahatlığını bildirir.

Fransa-Azərbaycan hökümətinin sərbəst tərəfdar çıxdığı beynəlxalq öhdəliklərə və vətəndaş cəmiyyətlərinin inkişafı və demokratik istitutların möhkəmlənməsi üçün fundamental əsasları təşkil edən fikir və mətbuat azadlıqlarına tam riayət etməyə çağırır.

Fransa Azərbaycanda mediaların vəziyyətini daha yaxından izləməkdə davam edəcək.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300