Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə davam edən məhkəmə prosesi mütəşəkkil dəstənin azadlıqda gəzən üzvlərinin də əməllərini ifşa etməkdədir.

Belə ki, vəzifə səlahiyyətlərindən istifadə edərək iş adamlarından pul alınması və biznesini genişləndirmək prosesində MTN generalının qohumlarının da adı keçir. İstintaq tərəfindən "MTN işi”ndə zərərçəkən kimi şəxslərin ifadələrindən görünür ki, Akif Çovdarovun taxta alveri ilə məşğul olan qohumları bazardakı rəqiblərini MTN-in imkanları hesabına sıradan çıxarıblar.

İstintaq materiallarından bəlli olur ki, Çovdarovun qohumlarına məxsus "Namazov” firmasının bazardakı ən böyük rəqibi "Miraj-85” MMC olub. Qeyd edək ki, Rusiyadan ölkəmizə taxta idxalı biznesində bir-neçə yüksək vəzifəli şəxsin marağı olduğundan Akif Çovdarov rəqib biznesmenləri birbaşa sıradan çıxara bilməyib. Ona görə, MTN generalı ilk olaraq rəqib firmaların təhcizatçılarını hədəfə götürərək, qısa müddətdə istəyinə nail olub. İlk olaraq "Miraj-85” üçün Rusiyadan taxta materialları gətirən iş adamlarını sərfəli təkliflərlə "Namazov” firması ilə işləməyə razı salınıb. MTN generalı bununla kifayətlənməyib "Mİraj – 85″in sahiblərindən pul da ala bilib.

Zərərçəkənlərin dediklərindən və istintaq materiallarından məlum olur ki, Akif Çovdarovun taxta alverindəki qohumları fəaliyyətlərində biznes qanunlarından daha çox MTN generalının özbaşınalığı sayəsində bazarını inkişaf etdirə biliblər. Alverdəki zərərlərini zorla sözügedən iş adamlarından alıblar.

Bütün bunlara rəğmən Akif Çovdarovun yaxın qohumu, taxta alveri ilə məşğul olan Natiq Hümbətov və Natiq Hümbətovun qaynı, "Namazov” firmasının faktiki sahibi Sadıq Cəfərov məhkəmə ifadələrində nəinki günahlarını etiraf ediblər, MTN generalından şikayətçi olan zərərçəkənlərin üstünə psixoloji basqı etməkdən belə çəkinməyiblər. Maraqlısı isə odur ki, Akif Çovdarov yaxın qohumları mətbuat üzərindəndə zərərçəkənlərə qarşı hücumlarını davam etdirirlər. Onları dələduz adlandırırlar. Halbuki istintaq materiallarında və zərərçəkənlərin dedikləri onu göstərir ki, həm Natiq Hümbətov, həm də qaynı Sadıq Cəfərov iş adamlarının MTN-ə aparılıb, onlardan pul alınması prosesində bilavasitə iştirakçı olublar. Belə ki, iş adamı Qədim Adilovun MTN-ə aparılaraq 300 min dollar pulunun alınmasında və Masazır qəsəbəsindəki atasına məxsus evin zorla alınması prosesində Natiq Hümbətovun adı qırmızı xətlə keçir.

Qədim Adilovun redaksiyamıza təqdim etdiyi sənədlərdən bəlli olur ki, Natiq Hümbətovun Akif Çovdarovla birgə iş adamından zorla pul alması prosesi faktiki təsdiqini tapıb. Məsələn, Natiq Hümbətov və qohumlarının Qədim Adilovdan guya 360 min dollar borclu olması ilə bağlı Nərimanov Polis İdarəsinə etdikləri şikayət aparılan təhqiqat zamanı rədd edilir.

Amma buna baxmayaraq, iş adamının qanunsuz olaraq MTN-ə aparılıb pul alınmasında faktiki iştirak edən adamlar barəsində istintaq tərəfindən hələki heç bir tədbir görülməyib…(miq.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300