Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "SAF Həyat Naminə” Gənclər İctimai Birliyi təşkilati təşəbbüsü ilə Mingəçevir və Tərtərdə "İşgüzar ol, həyatını qur!” rayon və kənd qadınlarının məşğulluğunun, sahibkarlıq fəaliyyətinin təşkili və inkişaf etdirilməsi əks etdirən layihənin hazırlıq işləri davam edir

 

Layihənin məqsədi rayon və kənd qadınlarının iqtisadi və sosial məsələləri ilə bağlı ehtiyaclarının araşdırılılması, nəticələrin dəyərləndirilməsi, yerli şəraitə uyğunlaşdırılaraq onların işgüzar və sosial fəaliyyəti üçün əlverişli mühitin yaradılmasını təmin etməkdir. 

 

Layihə rayon və kəndlərdə yaşayan qadın və qızların məşğulluğunun, onların sahibkarlıq fəaliyyətinin, yeni peşə hazırlığının əldə edilməsi və onların asudə vaxtlarının təşkilinin təmin olunması istiqamətində maarifləndirmə işinin təşkilindən bəhs edir. Qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi, qadınların yeni peşələr əldə etçələri  istiqamətində düşünülmüş addımların atılması günümüzün vacib reallıqlarındandır. Xüsusilə kənd yerlərində qadınların işsizliyi, onların məşğulluğu təmin olunmadıqda və ya asudə vaxtları səmərəli keçmədikdə erkən nikah hallarının baş verməsinə, eyni zamanda maddi asılılıq ucbatından ailələrdə məişət və iqtisadi zorakılıqlarının artmasına səbəb olur. Məhz bu və digər səbəblərdən qadınların yaşadıqları sosial-məişət şəraitlərinin, aldıqları təhsil səviyyəsinin araşdırılmasına ehtiyac var. Bu layihədə iştirak edəcək rayon və kənd qadınlarının kadr kimi hazırlanması, onların məşğulluğunun həllinə kömək məqsədi ilə təkliflərin hazırlanaraq rayon, şəhər rəhbərliyinə, bələdiyyəyə və aidiyyatı qurumlara çatdırılması, nəticədə layihə iştirakçılarının işlə təmin olunması əsas missiya kimi qarşıya qoyulub.   

 

Layihədə əsasən Mingəçevir və Tərtərdən (2 rayon) 40 nəfər olmaqla, 80 nəfər rayon və kənd qadınlarının iştirakı təmin olunacaq.

 

Hazırda layihənin hazırlıq işləri davam edir.

 

Qeyd edək ki, layihənin icra müddəti  01.04.2017 - 01.08.2017 tarixini əhatə edir.


(pia.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300