Fransada prezident seçkilərinin ilkin nəticələrinə görə, İrəli hərəkatının lideri 39 yaşlı Emmanuel Makron qalib olub.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda Makronun tərəfdarları əllərində bayraqlarla Luvr muzeyinin qarşısına axışır. Məlumata görə, ikinci turda Makronun rəqibi radikal sağçı Marin Le Pen 34.9 faiz səs toplayıb. Bildirilir ki, prezident seçkilərini uduzan Le Penin aldığı faizi radikal sağçıların əldə ətdiyi ən yüksək səs faizi olub.

Fransanın yeni prezidenti Makron AFP-yə açıqlamasında "Bu zəfər, Fransa üçün ümidin yeni səhifəsidir. Tariximizdə ümid və güvən dolu yeni bir səhifə açdıq” deyib.

Seçkiləri uduzan Le Pen rəqibi Makrona zəng edib. Məlumata görə, o, "Seçiciləri sistemi seçdi” deyib.

Qeyd edək ki, Le Pen seçki kampaniyası müddətində Makrona səs verilərsə, köhnə sistemin davam edəcəyini bildirirdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300