YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə müxalifətdən iqtisadi məsələlərlə bağlı təklif gözlədiklərini söyləyib. YAP-çı millət vəkili deyib ki, hakimiyyət istənilən məsələyə dair müzakirə apara bilər.

Maraqlıdır, müxalifət partiyaları hakim partiyanın bu təklifinə münasibəti necə olacaq?

Müsavat başqanının müavini Səxavət Soltanlı Aydın Mirzəzadənin təklifinə münasibət bildirib:

"Müsavat Partiyası uzun illərdir hakimiyyətə təkliflər verir, çağırışlar edir. Təəssüf ki, hakimiyyət təkliflərimizi görməzdən gəldi, acı nəticə göz önündədir. Biz böhranlı vəziyyət hakimiyyət tərəfindən etiraf edildikdən sonra da mətbuat vasitəsi ilə təkliflərimizi səsləndirmişik. Görünən odur ki, bizim təklifləri həyata keçirməsi üçün hakimiyyətin siyasi iradəsi və kadr potensialı yoxdur.

Müsavat Paryiyasının Azərbaycanı indiki böhranlı durumdan xilas etmək planları var. Bu planlarımızı yaxın günlərdə xalqla bölüşəcəyik. Hazırda bu mövzuda Müsavat Partiyasında ciddi müzakirələr gedir, müzakirələr yekunlaşmaq üzrədir”.(moderator.az)
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300