BakuNews.az-a Masazır bələdiyyəsinin sədri Siyənfər Əliyevlə bağlı şok mlumat daxil olub. Öncə diqqətinizə çatıraq ki, Abşeron rayon Masazır qəsəbə bələdiyyəsinin sədrinin adı bir çox qalmaqalı məsələlərdə halanmaqdadır. Ləğv edilmiş (MTN) genralı ilə əlaqələndirilən bələdiyyə sədri S.Əliyevlə bağlı silsilə yazılar son vaxtlar medianın gündəmindədir. Mətbuat üzərində apardığımız araşdırmalarda onun MTN genralı Akif Çovdarovla sıcaq münasibətlərinin olması, hətta həbs edilən genrala hektarlarla torpaq bağışlaması ilə bağlı məlumatlar yer almaqdadır. Digər mənbələrdə isə A.Çovdarovla sıcaq münasibətlərdə olan bələdiyyə sədri onun biznes şəriki olub. Hər halda media üzərində aparılan araşdırmalar bu şəxsin cinayətkar dəstə ilə əlbir olmasından xəbər verməkdədir.
Çovdarovun sadiq adamı, bələdiyyə sədri kürəkəninin evini əlindən aldı... - İDDİA
Kürəkən danışdı…

Redaksiyamıza müraciət edən Bələdiyyə sədrinin keçmiş kürəkəni hal-hazırda onun əlindən qanağlamaqdadır. Belə ki, R.Hüseynov keçmiş həyat yoldaşı Siyənfər Əliyevin qızı Elza ilə ailə həyatı qurub. 15 il evli olan cütlük tərəflərin razılığı əsasında ayrılıblar. Məhz elə bundan sonra S.Əliyev tərəfindən təzyiqlərlə üzləşən R.Hüseynov Bakunews.az-a müraciət edərək adına olan evin saxta sənədlər əsasında satıldığını və onun evi boşaltması üçün təhkidlər edildiyini vurğulayıb. O qeyd edir ki, ailəli olarkən həyat yoldaşına verdiyi etibarnaməni 2015-ci ildə 2 saylı Asan Xidmət daxilində yerləşən Notariat kantorunda ləğv edib. Mülkü etibarnamənin ləvğ edilməsindən 6 ay sonra hadisələr cərəyan edib. Ləvğ edilmiş etibarnamə əsasında Binəqədi rayonunda yerləşən Məmmədov İlqar Aydın oğlunun rəhbərlik etdiyi 11 saylı Notariat kantorunda R.Hüseynova məxsus Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 29, mənzil 77 (ümumu sahəsi 48.29 kv.) onun iştirakı olmadan satılmışdır. Rüfət Hüseynov bildirib ki, 3-4 gün bundan öncə onun qapısını döyən keçmiş həyat yoldaşının yaxın qohumu evin ona satıldığını və ona məxsus mənzilin boşaldılmasını tələb edib.
Çovdarovun sadiq adamı, bələdiyyə sədri kürəkəninin evini əlindən aldı... - İDDİA
R.Hüseynovun həmin şəxsə "mən mənzilimi heç kəsə satmamışam” deməsi kifayət etməyib. Qeydri-qanuni yolla evin satılaraq sahibindən xəbərsiz sənətlərin digər vətəndaşın adına keçməsi R.Hüseynova təqdim edilən Çıxarışla (Seriya № 0964316) evin ona məxsus olduğunu iddia edir. Rüfət Hüseynov isə öz növbəsində bu mənzilin kim tərəfindən ona satıldığını o şəxsin kimliyin xəbər almağa çalışsada qarşı tərəf bunun ona aidiyyatının olmadığını bildirməkdədir. Mənzilin sahibindən xəbərsiz adına keçirilən şəxsin tanınmış banklardan birinin problemli kreditlər şöbəsinin əməkdaşı olduğu vurğulanmaqdadır. Rüfət Hüseynovun qanuni haqqını tələb etməsinə, qarşı tərəfin möhlət verməkdən boyun qaçırması artıq məsələnin qurma olduğundan xəbər verməkdədir.

Ardı var.

NÖVBƏTİ YAZIMIZDA:

R.Hüseynov Bələdiyyə sədri və onunla bağlı redaksiyamıza verdiyi video müsahibə anında şok detallardan danışdı… Həmin video müsahibəni yaxın günlərdə Bakunews.az-da izləyə biləcəksiniz!

– Siyanfər Əliyevin Akif Çovdarovla hansı şəriklikləri mövcudur…?
– S.Əliyev A.Çovdarovdan Ziya Məmmədovun qardaşına zəng etməsini niyə istəyib…?
– "Xaqlar Dostluğu” metro stansiyası yaxınlığında baş verən olayın səbəbkarı qanundan necə gizlədildi…?
– Özəl klinikada aparılan qanunsuz əməliyyat – məcburi hamilləlik kim tərəfindən nəyə görə edilmək istəyib..
– Siyanfər Əliyevin icra başçısı Z.Fərəcovla hansı restoranın gəlirinə şərikdir…?

Redaksiyadan: Yazıda adları keçən qurum və şəxslərin iddialara qarşı mövqeyini dinləyib fikirlərini dərc etməyə hazırıq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300