Müsavat Partiyası Azərbaycanda referendumun keçirilməsini və ölkə Konstitusiyasının dəyişdirilməsini tələb edir.

Bu bəyanatla Müsavat başqanı Arif Hacılı bu gün Müsavat Partiyasının qərargahında seçki islahatları mövzusuna həsr olunan Dəyirmi Masada çıxış edib.

Arif Hacılı bildirib ki, Müsavat Partiyası parlament seçkilərinin proporsional seçki sitemi əsasında keçirilməsini, deputatların sayının 200-ə çatdırılmasını, bir nəfərin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran müddəanın Konstitusiyada bərpasını və prezidentin səlahiyyət müddətinin 7 ildən 5 ilə endirilməsini tələb edir.

Arif Hacılı qeyd edib ki, ölkədə köklü seçki islahatı aparılmalı, seçki komissiyaları bir partiyanın nəzarəti altından çıxarılmalıdır.

Müzakirələrdə MSDM-in sədri İsa Qəmbər, Müsavat başqanının müavini Tofiq Yaqublu, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, MSDM-in üzvü Vaqif Hacıbəyli və digərləri iştirak ediblər.

Gülağa Aslanlı Müsavatın referendumla bağlı tələblərini təqdim edib. O, digər müxalifət partiyalarını və bütövlükdə demokratik düşərgəni yeni referendumun keçirilməsi uğrunda kampaniyaya qoşulmağa çağırıb.

"Biz referendumun keçirilməsi təşəbbüsünün rəsmiləşməsi üçün qanunla tələb olunan seçici imzalarının toplanmasına da hazırıq”, – Gülağa Aslanlı bildirib.

İsa Qəmbər isə öz çıxışında dünya birliyinin və beynəlxalqa təşkilatların Azərbaycanda seçki məsələsində prinsipial mövqe tutmamasının nəticələrindən danışıb.

Dəyirmi Masadan sonra Müsavatın mətbuat departamenti partiyanın referendumla bağlı tələblərini paylaşıb.

Sənədi təqdim edirik:

"Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün demokratik şərait və müvafiq qanunvericilik bazası mövcud deyil. 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın, 1998 və 2003-cü ildə qəbul olunmuş seçki qanunvericiliyi aktlarının və demokratik maddələrinin sonradan olunan dəyişikliklər hesabına daha da mürtəce hala salınması (proporsional seçki sisteminin ləğv edilməsi, seçki komissiyalarının hakim partiyanın nəzarəti altına salınması, seçki kampaniyası və təşviqat müddətinin azaldılması, qeydiyyatın alternativ variantı olan qeydiyyat depozitinin ləğv edilməsi, bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə imkan yaradılması, KİV-lərdə təbliğatın məhdudlaşdırılması) nəticəsində ölkədə seçki institutunun tamamilə sıradan çıxarılıb, seçki yolu ilə dəyişikliklərin mümkünlüyünə inam tükənib.

Müsavat Partiyası ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi və demokraik seçki mühitinin formalaşdırılması naminə referendumun keçirilməsini, eyni zamanda Seçki Məcəlləsində dəyişikliklər yolu ilə aşağıda göstərilən seçki islahatlarının aparılmasını zəruri hesab edir.

1) Mövcud seçki sistemi proporsional seçki sistemi ilə əvəz edilsin. Parlamentdə deputatların sayı 200 nəfər müəyyən edilsin.

2) Bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə imkan verən maddə ləğv edilsin. Prezidentin səlahiyyət müddəti 5 il müəyyənləşdirilsin.

3) Bütün seçki komissiyaları və seçki komissiyalarındakı vəzifələr əsas siyasi qüvvələrin bərabər təmsilçiliyi əsasında paritet qaydada təşkil olunsun.

4) Seçki kampaniyasının müddəti 120 gün, təşviqat müddəti 60 gün müəyyən edilsin.

5) Namizədlərin qeydiyyatının alternativ variantı olan qeydiyyat depozitinin qoyulması təmin edilsin.

IMG_0407IMG_0401

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300