"Ümüdümüz ona veriləcək 13-cü maaşa idi ki, onu da "Kapital Bank” ASC-nin Ucar filialı tamamilə tutmaqla ailəmizin bayramını qara gətirdi.

"Bunu, Ucar rayonu Qarabörk kəndi sakini İsrayılov Məhəmməd İsrayıl oğlu Piar.Az-ın elektron ünvanına göndərdiyi şikayət məktubunda qeyd edib.M.İsrayılovun şikayət məktubunu olduğu kimi təqdim edirik:”Kapital Bank” ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərov bizim ailənin bayramını qara gətirdi deyə bayram edə bilmədik. Belə ki, oğlum Valeh iş yoldaşı Hüseynov Anar Feyruz oğlunun "Kapital Bank” ASC-nin Ucar filialından götürdüyü kreditə görə zaminlik etmişdir. Bir müddət krediti Anar Hüseynov ödədikdən sonra işdən çıxarıldığı üçün "KapitalBank” ASC-nin Ucar filialı hər ay kredit pulunu oğlum Valehin maaşından tutmağa başladı. Buna görə heç bir narazılığımız olmayıb. Ancaq "Kapital Bank” ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərov oğluma verilmiş 1216 manat 13-cü maaşınıda tam olaraq kredit borca görə tutmuşdur ki, bu ciddi qanun pozuntusudur. Çünki kredit müqaviləsinə əsasən ilin 12 ayına görə kreditə görə pul ödənməlidir. Ancaq 13-cü maaşın kreditə tutulması tam qanunsuzluqdur. 6 nəfərdən ibarət ailəmizdə Valehdən başqa işləyən yoxdur. Ümüdümüz ona veriləcək 13-cü maaşa idi ki, onu da "Kapital Bank” ASC-nin Ucar filialı tamamilə tutmaqla ailəmizin bayramını qara gətirdi. İmkansızlıqdan bizim ailə bayram etmədi. Mən buna görə bir ağsaqqal valideyin kimi "KapitalBank” ASC-nin Ucar filianın müdiri Daşqın Ələkbərova iradımı bildirdikdə mənə dedi ki, belə olmalıdır bilmirsən bu bank kimə məxsusdur. Bildirirəm ki, "KapitalBank” ASC-nin Ucar filialının müdiri Daşqın Ələkbərov az müddətdə qanunsuz əməlləri ilə cəmiyyət arasında böyük narazılıq yaratmışdır. Həttda o içkili vəziyyətdə idarə etdiyi Banka məxsus avtomobili aşırdıb yararsız hala salmışdır. Oğlumun 13-cü maaşının tamamilə "KapitalBank” ASC-nin Ucar filialı tərfindən tutulmasına görə Prezidentə, Mərkəzi Banka və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə şikayət ərizəsi ilə mürciət etmişəm. Mətbuat vasitəsi ilə də aidiyyatı orqanlara Prezident cənab İlham Əliyevə, Mərkəzi Bankın sədri cənab Elman Rüstəmova və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova müraciət edib xahiş edirəm bu qanunsuzluq faktını obyektiv araşdırıb qanuni tədbir görəsiniz.

 Bank filialının müdiri Ucar sakininin bayramını qara gətirib - ŞİKAYƏT MƏKTUBU

 
 
ULUYOL.INFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300